Azərbaycanın Xalq artisti Əliabbas Qədirov 1946-cı il fevral 13-də Bakıda dünyaya gəlib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Ardı
Xalq artisti Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində Ardı
Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq Ardı
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü. 1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra Ardı
Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub. Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. Məsləyinə Ardı
Görkəmli alim, tanınmış pedaqoq, maarifçi, Əməkdar elm xadimi, akademik Mehdi Mehdizadə 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. O, lap uşaqlıq illərindən təhsilə, elmə xüsusi diqqət və maraq göstərib. Cəbrayılda pedaqoji kurs keçib, 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib və bir müddət Qaryagin (indiki Füzuli) şəhərində II Ardı
Mövsüm bəy Xanlarov 1857-ci ildə Bakıda anadan olmuş, ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, tarixi və klassik ədəbiyyatı da burada öyrənmişdir. O, müstəqil şəkildə rus dilini öyrənmiş, 1872-ci ildə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Bu gimnaziyanın bazası əsasında 1874-cü ildə Bakı realnı məktəb yaranır. Təhsil sahəsində yüksək Ardı
Türk xalqlarının ortaq ədəbi sərvətlərindən olan “Qutadqu-bilik” əsəri türk xalqlarının ədəbiyyat tarixində xüsusi yer tutur. Bu əsər vaxt etibarı ilə türk dilində, həm də türklərin İslamı qəbul etmələrindən sonra əruz vəznində yazılmış və bu gün bizə məlum olan ilk poemalardandır. XI əsr şairi Yusif Balasaqunlu böyük dilçi, lüğətçi alim Mahmud Kaşğarinin müasiri Ardı
Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR-nin Əməkdar artisti Osman İsmayıl oğlu Hacıbəyov 1924-cü il fevralın 18-də Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Ardı
Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.