8 noyabr tarixində Üsküdar Universitetində “Azərbaycan Zəfər Günü” adlı tədbir təşkil edilib.
Aydınlar.az xəbər verir ki, tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Ardınca Üsküdar Universitetinin hazırladığı “Zəfər” filmi izlənilib.
Tədbirə Üsküdar Universitetinin rektoru professor Nazife Güngör açılış nitqi ilə başlayıb. Daha sonra professor tərəfindən Azərbaycan Milli Konservatoriyasının professoru Hicran Sadıqzadəyə fəxri mükafat təqdim edib.
Daha sonra Beynəlxalq Münasibətlər bölməsinin rəhbəri Peyman Cəfər çıxış edib.
Tədbirdə azərbaycanlı tələbə Bahar Kərimli “Sən azərbaycanlısan” mahnısını ifa edib. Sonra isə həm türkiyəli, həm azərbaycanlı qonaqlar çıxışlar edib, videolar izlənilib, musiqilər ifa edilib.
Qeyd edək ki, tədbirdə həmçinin Avropa, Afrika, Ərəb ölkələrindən olan tələbələr də qoşulub.