LIVE
 Çərşənbə, 1 dekabr 2021, 23:17:05  

Etik qaydalar

YAZI VƏ NƏŞR QAYDALARI

  1. WWW.AYDINLAR.AZ  - əvvəllər nəşr olunmamış orijinal əsərləri və müəllifin tədqiqat sahəsi üzrə yazılmış icmal məqalələri qəbul edir.
  2. Məqalələr Azərbaycan, ingilis,türk, rus  və digər dillərdə də qəbul edilə bilər.
  3. Yazılar Microsoft Word yazı proqramında, info@aydınlar.az ünvanına göndərilməlidir. Göndərilən məqalələrdə aşağıdakılara nəzərə alınmalıdır:
  • Məqalənin başlığı,  müəllifin adı, soyadı,
  •  İş yeri,
  •  Elektron ünvanı,
  • Xülasə və açar sözlər.
  1. Məqalədə başlıq hər xülasədən əvvəl  ortada, qara və böyük hərflə xülasələrin yazıldığı hər üç dildə olmalıdır.
  2. Xülasə 100-150 söz aralığında olmaqla, 9 punto yazı tipi böyüklüyündə, məqalənin yazıldığı dildə və bundan əlavə yuxarıda göstərilən iki dildə olmalıdır. Məqalənin hər üç dildə yazılmış xülasəsi bir-birinin eyni  olmalıdır. Açar sözlər uyğun xülasələrin sonunda  onun yazıldığı dildə verilməklə ən azı üç sözdən ibarət olmalıdır.
  3. Məqalədə UOT və PACS kodları göstərilməlidir.
  4. Məqalə aşağıdakılardan ibarət olmalıdır:
  • Giriş,
  • Tədqiqat metodu
  • Tədqiqat işinin müzakirəsi və onun nəticələri,
  • İstinad ədəbiyyatı rus dilində olduğu halda  orjinal dili mötərzə içərisində göstərməklə yalnız Latın əlifbası ilə verilməlidir.
  1. Şəkil, rəsm, grafik və cədvəllər çapda düzgün, aydın çıxacaq vəziyyətdə və mətn içərisində olmalıdır. Şəkil, rəsm və grafiklərin yazıları onların altında yazılmalıdır. Cədvəllərdə başlıq cədvəlin üstündə yazılmalıdır.
  2. Mənbələr mətn içərisində kvadrat mötərizə daxilində göstərilməklə məqalənin sonunda mətn daxilindəki sıra ilə düzülməlidir. Eyni mənbəyə iki və daha cox istinad edildikdə əvvəlki sıra sayı saxlanmaqla müvafiq səhifələr göstərilməlidir. Məsələn: [7,səh.15].

Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat tam və dəqiq olmalıdır. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən (monoqrafiya, dərslik, elmi məqalə  və s.) asılı olaraq verilməlidir. Elmi məqalələrə, simpozium, konfrans, və digər nüfuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin, məruzənin və ya tezisin adı göstərilməlidir.

Nümunələr:

a)    Məqalə: S.D. Demukhamedova, İ.N. Aliyeva, N.M.Godjayev. Spatial and electronic structure af monomeric and dimeric complexes of carnosine with zinc, Journal of structural Chemistry, Vol.51, No.5, p.824-832, 2010

b)   Kitab: Christie ohn Geankoplis. Transport Processes and Separation Process Principles. Fourth Edition, Prentice Hall, 2002       

c)    Konfrans: F.S. Sadychov, C. Aydın, A.İ. Ahmedov. Appligation of Information – Communication Technologies in Science and education. II International Conference. ”Higher Twist Effects In Photon- Proton Collisions”, Bakı, 01-03 Noyabr, 2007, ss 384-391

Mənbələr 9 punto yazı tipi böyüklüyündə olmalıdır.

  1. Səhifə ölçüləri: üstdən 2.8 sm, altdan 2.8 sm, soldan 2.5 sm və sağdan 2.5 sm olmalıdır. Mətn 11 punto yazı tipi böyüklüyündə, Palatino Linotype yazı tipi ilə və tək simvol aralığında  yazılmalıdır. Paraqraflar arasında 6 punto yazı tipi aralığında məsafə olmalıdır.
  2. Orijinal tədqiqat əsərlərinin tam mətni bir qayda olaraq 15 səhifədən artıq olmamalıdır.
  3. Məqalənin nəşrə təqdimi aşağıdakı qaydada aparılır:
  • Hər məqallə ən azı iki ekspertə göndərilir.
  • Ekspertlərin tövsiyələrini nəzərə almaq üçün məqalə müəllifə göndərilir.
  •  Məqalə,  ekspertlərin tənqidi qeydləri müəllif tərəfindən nəzərə alındıqdan sonra Jurnalın Redaksiya Heyəti tərəfindən çapa təqdim oluna bilər.

 

 


Əsrin Aydınları-müsahibə

“Vətən” layihəsi - Aydın Tağıyev

Yeni nəşrimiz

Canlı Valyuta konvertoru

Xəbər ver




Hava praqnozu

Son xəbərlər


Reklam

Sizin reklam burada ola bilər.

Anmedia.az

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.