Rafiq Əliyev 1942-ci ilin fevralın 10-u Ağdamın Novruzlu kəndində anadan olub.
O, 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur.
Rafiq Əliyevin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində böyük rolu olub. Azərbaycanda, Rusiyada, Almaniyada və İranda 130-dan çox elmlər namizədi, 25 elmlər doktoru hazırlayıb. Tələbələri hazırda təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Türkiyə, Rusiya, İran və s.) fəaliyyət göstərirlər.
Onun bilavasitə rəhbərliyi və iştirakı ilə Avropanın bir sıra ölkələrində, Özbəkistanın Daşkənd şəhərində, Türkiyənin Antalya şəhərində beynəlxalq elmi konfranslar keçirilir.
R. Əliyev informatika və idarəetmə, süni intellekt, qeyri-səlis məntiq və Soft Kompyutingə həsr olunmuş 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
Mənbə: https://modern.az/az/news/34022