Abdullayev Çingiz — məşhur detektiv yazıçısı və publisistdir. Yüksək intellektual səviyyəsi,fərqli dünyagörüşü və Dronqo obrazı sayəsində o çox məşhurdur. Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir.hələ məktəbdə oxuyarkən dərs vaxtlarında tarix və bədii əsərlər Ardı
Dünya futbol tarixinə “Qızıl fit” almış yeganə laynsman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramov 1925-ci il yanvarın 29- da Ağdamda dünyaya göz açıb. Tofiq Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin o, ayağından aldığı zədə nəticəsində Ardı
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmişdir. Anası Firuzə xanım Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır. Hərbi Ardı
Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən Azərbaycanlı olan Türkiyəli serial və kino aktrisasıdır. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Ardı
Rafiq Əliyev 1942-ci ilin fevralın 10-u Ağdamın Novruzlu kəndində anadan olub. O, 1998-ci ildən indiyə kimi Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət Universitetinin (Atlanta, ABŞ) MBA proqram direktoru, 2001-dən indiyə kimi isə bu universitetlərin BBA proqram direktorudur. Rafiq Əliyevin Azərbaycan və bir sıra xarici ölkələrdə informatika və idarəetmə Ardı
Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 19 dekabr1969-cu ildə Bakıda anadan olmuşdur. Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşamaqdadır. Əzizənin atası Vaqif, anası isə Eliza Ardı
Firəngiz Əhmədova 1928-ci il sentyabrın 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Əmək fəaliyyətinə gənc yaşlarından başlayan Firəngiz Əhmədova 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, Ardı
Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xət ilə seçilən sənətkarlardan olub. 1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olan R.Mustafayev bir il sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü Ardı
Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada Ardı
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.