Nəsrin Cavadzadə (30 iyul 1982, Bakı) — Əslən Azərbaycanlı olan Türkiyəli serial və kino aktrisasıdır. 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Mərmərə Universiteti Kino və Televiziya Fakültəsinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb. 2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynayıb. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak edib. Daha sonra "Kiçik Ağa" adlı serialda rol alıb. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın Aktrisa mükafatına layiq görülüb.
Mənbə: https://az.wikipedia.org/wiki/N%C9%99srin_Cavadzad%C9%99