Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A.A.Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cu ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini Ardı
Milli teatrın formalaşmasında əvəzsiz rolu olan sənət fədaisi Əməkdar artist Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra təhsilini Realni məktəbdə davam etdirib. Sənətə, musiqiyə olan böyük marağı uşaq yaşlarından onu teatra gətirib çıxarır. Belə ki, o dövrdə məktəb müəllimləri və Ardı
Qəribsoltan Həsən bəy qızı Məlikova 1886-cı il (bəzi mənbələrdə 1896 ) iyun ayının 11-də Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhərində), maarifpərvər ziyalı, Azərbaycan mətbuatının banisi Həsən bəy Məlikov-Zərdabi və onun həyat yoldaşı Hənifə xanımın ailəsində anadan olmuşdur. Qəribsoltan Məlikova orta məktəbi bitirdikdən sonra Tiflisdə rus qızlar Ardı
Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev 1906-cı il sentyabr ayının 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub. Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan, onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur Ardı
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində doğulub. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Ömrünün iki Ardı
Azərbaycan şairi Məhəmməd Hadi Şamaxıda anadan olmuş, dini təhsil almış, ərəb, fars dillərini, şərq ədəbiyyatını, tarix və fəlsəfəni öyrənmişdir. Hadi M.Ə.Sabirlə, S.M.Qənizadə ilə dostluq etmişdir. 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Kürdəmirə köçmüş, orada məktəb açaraq müəllimlik etmiş, eyni zamanda yaradıcılıqla məşğul olmuşdur. Hadinin Ardı
Xalq artisti Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb. Sonradan Şəki Dövlət Dram Teatrına Ardı
Pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı, naşir Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olub və ilk təhsilini də orada alıb. Onun ulu babası Mir İmamverdi Qarabağ xanının vəziri olub. İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra İrəvan, Bərdə, Şəki və Şuşada müəllimlik edib. Bir müddət isə Şuşada yaradılan müsəlman-rus məktəbinin müdiri Ardı
Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, Ardı
Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.