
Beşinci Antalya Diplomatiya Forumu (ADF2026) 17-19 Nisan 2026-cı il tarixlərində Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Antalyada keçirildi. Antalya Diplomatiya Forumu hər il Antalya şəhərində keçirilir və beynəlxalq münasibətlər, diplomatiya və qlobal çağırışların müzakirə olunduğu yüksək səviyyəli bir platformadır. Forum dünyanın hər yerindən olan iştirakçılar üçün diplomatiyanı sülh və əməkdaşlıq üçün hərəkətverici qüvvəyə çevirəcək ortaq strategiyalar üzərində işləmək üçün gələcəyə yönəlmiş platformanı təmin edir. Antalya Diplomatiya Forumu qeyri-müəyyən nizamda istiqamət axtarışıdır. Geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda cari qlobal mənzərənin proqnozlaşdırılması getdikcə daha çətin xarakter alır. Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir. Sabahı dizayn edərkən qeyri-müəyyənliklə mübarizə aparmaq", daha yaxşı bir gələcək qurmaq üçün çətinlikləri qabaqcadan görməyin və effektiv şəkildə həll etməyin vacibliyini vurğulayır. Riskləri və imkanları müəyyən etməklə, strategiyalar hazırlamaqla və toplanmış bilikləri konkret hərəkətlərə çevirməklə inkişaflardan irəlidə olmağın vacibliyini vurğulayır.Həll olunmamış münaqişələrin davam etməsi, dərinləşən qütbləşmə və geniş yayılmış strateji rəqabət bir çox vacib məsələnin dünya miqyasında insanlara təsir etməyə davam etməsi deməkdir. Beynəlxalq əməkdaşlığın, dialoqun və həmrəyliyin gücləndirilməsi bu çətinliklərin öhdəsindən gəlmək və daha inklüziv, ədalətli və effektiv beynəlxalq sistemə doğru irəliləmək üçün vacibdir. ADF2026 qeyri-müəyyənlikləri ən yaxşı şəkildə idarə etmək, təcili məsələləri həll etmək və gələcək çətinliklərə hazırlaşmaq üçün liderləri, qərar qəbul edənləri, diplomatları, akademikləri, biznes mütəxəssislərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Əsas çıxışlar, panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlər vasitəsilə iştirakçılar qlobal trendləri və regional dinamikanı müzakirə edəcək, potensial həllər barədə fikir mübadiləsi aparacaq və ən yaxşı təcrübələri bölüşəcəklər. Forum bir daha dialoqun təşviqi, etimadın bərpası və daha güclü əməkdaşlığın təşviqi üçün mühüm platforma rolunu oynayacaq; gələcək nəsillər üçün daha dinc, sabit və möhkəm bir dünya qurmaq üçün yol xəritəsinin formalaşdırılmasına töhfə verəcək.
Müasir dövr insan cəmiyyətinin ən böyük və əhatəli proseslərindən biri qloballaşmadır. Gələcəyi müzakirə edən qlobal platformalar, bəşəriyyətin üzləşdiyi ortaq problemləri (ekologiya, iqtisadiyyat, texnologiya, təhlükəsizlik) təhlil edən və həlli yollarını axtaran əsas beynəlxalq forumlardır. Bu platformaların əsas diqqət mərkəzində olan məsələlər və əsas forumlar :
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forum , Bakı Beynəlxalq Humanitar Forumu — ( Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparan forum) Münhen Təhlükəsizlik Konfransı (Almaniya), Ambrosetti Forumu (İtaliya), Krans Montana Forumu (İsveçrə), Dünya İqtisadi Forumu (Davos/İsveçrə), Paris Sülh Forumu (Fransa), Doha Forumu (Qətər), *Halifax Beynəlxalq Təhlükəsizlik Forumu (Kanada), Varşava Təhlükəsizlik Forumu (Polşa), Bled Strateji Forumu (Sloveniya).
150-dən çox ölkədən 5000-dən çox iştirakçı
"Sabahı planlaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə aparmaq" mövzusu altında təşkil olunan ADF 2026-da 20-dən çox dövlət və hökumət başçısı, 40-dan çox xarici işlər naziri də daxil olmaqla 50-dən çox nazir, 75 beynəlxalq təşkilatın nümayəndəsi və tələbələr də daxil olmaqla 5000-dən çox qonaq iştirak edir.
Forum Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri Hakan Fidanın açılış nitqləri ilə başladı.
Prezident Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Antalya Diplomatiya Forumunun geniş bir vizyona malik olduğunu bildirərək dedi: “Türkiyə olaraq, biz Antalya Diplomatiya Forumunu diplomatik əlaqə konsepsiyasının sərhədləri daxilində məhdudlaşdırmırıq. Biz bu təşkilatı dünyanın hara doğru getdiyi, bəşəriyyətin hansı dəyərlər ətrafında birləşə biləcəyi və hansı yeni qarşılıqlı fəaliyyət sahələri ola biləcəyi barədə fikirlər platforması kimi görürük. Antalya Diplomatiya Forumu qlobal ağıl, qlobal vicdan və xüsusilə gələcəyə ümid üçün ortaq bir platformaya çevrilib. İnanıram ki, “Sabahı Formalaşdırmaq, Qeyri-müəyyənlikləri İdarə Etmək” mövzusu altında üç gün ərzində keçiriləcək müzakirələr forumun bu unikal və xüsusi aspektini daha da vurğulayacaq. İnanıram ki, forum sizin dərin fikirlərinizlə Türkiyənin “sülhün açarı” missiyasına töhfə verəcək və hər birinizə əvvəlcədən təşəkkür edirəm”. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğuladı. Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək dedi: “Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Beşinci Antalya Diplomatiya Forumu tədbirdə iştirak ediblər. Prezident cənab İlham Əliyevin forum çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın regional və qlobal proseslərdə fəal iştirak etdiyini bir daha təsdiqləyir: Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasəti dünyada Azərbaycanın nüfuzunu artırmışdır. Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işgaldan azad edən Müzəffər Sərkərdə oldu. Prezident İlham Əliyevin bütövlükdə 23 il ərzində həyata keçirdiyi çox uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət “çoxvektorlu” yanaşma üzərində qurulmuşdur və əsas məqsədi milli maraqların qorunması, təhlükəsizlik, enerji resurslarının səmərəli istifadəsi, strateji tərəfdaşlıqların möhkəmləndirilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasəti bir tərəfdən ölkənin regional lider mövqeyini gücləndirmiş, digər tərəfdən isə Azərbaycanı beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanıtmışdır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 17-də 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla və Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Görüş zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlandı. Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunuldu. Azərbaycanda və Moldova arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirildi. Bu gün Azərbaycan lideri dünya miqyasında keçirilən ən mühüm siyasi və iqtisadi platformalara mütəmadi olaraq dəvət olunur. Bu isə Azərbaycanın prinsipial mövqeyinin, praqmatik siyasətinin və beynəlxalq nüfuzunun artmasının məntiqi nəticəsidir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rol, alternativ enerji mənbələrinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməsi ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirib. Bu gün Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil, həm də mühüm nəqliyyat-logistika qovşağı kimi çıxış edir.
Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız! Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı
LIVE







AZ
TR
RU
EN











