
Azərbaycan Dili Milli Kimliyimizin Ən Dəyərli Xəzinəsi, Varlığımızın Əsas Sütunu , Dövlətçiliyimizin Əbədi Rəmzidir
Ümummilli lider Heydər ƏLİYEV: Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏLİYEV: “Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir”. Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Azərbaycan, arxasında köklü bir mirası, zəngin mədəniyyət dəyərlərini, güclü bir potensialı saxlayır. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dil bir millətin mənəvi gücünün aynasıdır. Milli birliyin və bütövlüyün təməl daşıdır və var olmağımızın təminatı, müstəqilliyimizin əbədi güvəncəsidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini, düşüncə tərzini və milli kimliyini gələcək nəsillərə çatdıran ən qiymətli mənəvi sərvətdir. Dil cəmiyyətin təşəkkülü və inkişafında ən mühüm amillərdən biridir. Bir millətin vətəni o millətin dilidir. Dil millətin mədəniyyət dəyərlərini təşkil edir. Var olmağımızın yeganə zirehi, aydınlıq üfüqümüzün müjdəsi, millət olma halımızın mükafatıdır. İnsanlar hər cür biliyini və təhsilini ən yaxşı, sürətli və ən rahat ana dilində öyrənə bilərlər. Dil bir millətin ortaq xəzinəsidir və onun milli kimliyini, duyğularını və düşüncələrini, bütün maddi və mənəvi dəyərlərini, ixtiralarını və yaradıcılığını əhatə edir. Dil milli bir cəmiyyətin ortaq bir bayraq altında birləşməsinə imkan verir. Dil, insanların hisslərini, düşüncələrini və istəklərini ifadə etmək və bir-biri ilə ünsiyyət qurmaq üçün istifadə etdikləri danışıq və ya yazılı işarələr sistemidir. Dil fərdlər və cəmiyyətlər arasında münasibətlərə vasitəçilik edən ünsiyyət vasitəsi, eyni cəmiyyətin üzvlərinin müəyyən dəyərləri bölüşməsinə imkan verən ünsiyyət sistemi və hər cür tarixi , mədəni irsi gələcəyə daşımaq üçün təsirli bir vasitədir. Milli şüurun ən güclü mənbəyi hesab edilən dil, yer üzündə yaşayan bütün icmalar üçün üstün bir məna və əhəmiyyətə malikdir. Dil düşüncənin simvollaşdırılması demək olduğundan və simvollar mədəniyyətin əsas komponentləri olduğundan, dil sivilizasiya adlandırdığımız şey üçün vacibdir. İnsanın öz kimliyini qorumasının ən vacib yolu dilini qorumaqdır. Yenə də dil sayəsində insan bütün maddi və mənəvi yığımlarını keçmişdən bu günə, bu gündən gələcəyə ötürə bilər. Azərbaycan Əlifbası və Azərbaycan Dili milli varlığımızın, dilimizin əsas sütunlarındandır. Azərbaycan dili milli varlığımızın mənəvi vətənidir. Mədəniyyətlərə və sivilizasiyalara edilən hücumlar əvvəlcə dildən başlayır. Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsaslarındandır. Azərbaycan Dili əsrlərdir çox geniş bir coğrafiyada yayğın olaraq danışılan köklü və müqəddəs bir dildir. Azərbaycan Dili dünyanın ən qədim, ən geniş danışılan və ən zəngin dillərindən biridir. Dil milləti yaşadan bir ünsürdür. Ədəbiyyat, incəsənət, elm – texnika, dünya görüşü, mənəviyyat anlayışı, musiqi keçmişdən bu günə yalnız dil vasitəsilə ötürülür. Dövlətin və millətin gücü də ana dildir. Dil bir millətin ən vacib elementidir. Bir millət öz dilini itirəndə, azadlığını da itirir. Bu fikir MS 8-ci əsrdə Göktürk Hakan Bilge Kağan tərəfindən Orxon kitabələrində açıq şəkildə bildirilmişdir. Öz dillərini qoruya bilməyən millətlər zamanla milli hisslərini itirirlər. Ona görə də ana dili qorumaq vətəni qorumaqla eynidir. Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi yalnız dil vasitəsi ilə qoruya bilərik. Dilimiz milli ruhumuz kimidir. Min illər əvvəl, Divani Lügati Türk adı ilə təxminən 10 min sözdən ibarət bir lüğət yazılmışdır. Bu münasibətlə, Türk dilində ən qədim iki mənbədən biri olan bu əsəri mədəniyyətimizə gətirən Mahmut Kaşgarlını hörmətlə yad edirik. Azərbaycan dilinin inkişafı üçün əmək vərən, çaba göstərən, bu uğurda həyatını həsr edən müqəddəs nəslimizə Allahdan rəhmət diləyirəm, hal-hazırda yaşayan Azərbaycan dili sevdalılarına minnətdarlığımı bildirirəm.
Sovet ideoloji sisteminin sərt çərçivələrinə baxmayaraq, Ulu Öndər Heydər Əliyevin ana dili ilə bağlı qətiyyətli mövqeyi və ardıcıl siyasəti, milli mənəviyyatın qorunmasında dönüş nöqtəsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, 1978-ci ildə Azərbaycan dilini ölkəmizin konstitusiyasına dövlət dili kimi daxil etdirməsi misilsiz bir tarix hadisədir. Ümummilli Liderin bu dəyərli sözləri isə bu gün də bizə çağırışdır: Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilərancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim dogma Azərbaycanla bir vurmalıdır!
Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur. Azərbaycan dilinin zənginliyi, tarixi kökləri və ifadə imkanları haqqında danışan Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanında ,Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dili cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində daha geniş istifadə edilməyə başlamış, onun dövlət dili kimi maneəsiz inkişafı üçün münbit zəmin yaranmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.
1995-ci ildə qəbul edilən Konstitusiyamızda Azərbaycan dili dövlətinrəmzlərindən biri olaraq təsbit edimişdir.
Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. ... biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik".
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev, ana dilinin qorunması və inkişafı istiqamətində sistemli, mərhələli və çoxşaxəli siyasət həyata keçirir. Azərbaycan dili yaşadıqca, Azərbaycan xalqı da əbədi yaşayacaqdır.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı
@Aydinlar.az
LIVE







AZ
TR
RU
EN











