Azərbaycanın ilk qadın memarlarından biri olan Zeyneb Hüseyn qızı Quliyevanın (03.10.1927-10.06.2003) Bakını hələ də bəzəyən XX-ci əsrin ortalarından başlayaraq “Sovet modernizmi”nin maraqlı memarlıq layihələrinin müəllifi kimi bir xatirəsi var.
Zeynəb Quliyeva oktyabrın 3-ü 1927-ci ildə Moskva şəhərində anadan olub. Atası Hüseyn Baba oğlu Qənizadə məşhur inşaatçı-meliorator idi və Kənd Təsərrüfatı Akademiyasında dərs deyirdi, anası Varvara Mixaylovna Polşa zadəgan ailəsindən gəlin gəlmişdi və rəssam idi.
1936-cı ildə ailə Azərbaycan rəhbərliyinin dəvəti ilə Bakıda yaşamağa köçdü. Orta məktəbi bitirdikdən sonra Zeynəb xanım Moskvaya qayıtdı və Moskva Memarlıq İnstitutuna qəbul oldu. Məzun olduqdan sonra memar Bakıda işləmıyə başladı və o, şəhərdəki bir çox layihənin müəllifidir.
Zeyneb Quliyevanın əsas işlərindən biri Respublika yüngül atletika manejinin kompleksinin layihəsidir. Onun layihəsinə əsasən tikilən digər bir idman kompleksi Respublika velosiped trekinin inşası idi. Zeynəb xanım İçərişəhərdəki “Böyük Sovet Ensiklopediyası”nın Azərbaycan şöbəsinin binasını da layihələndirmişdir. Müəllifin digər əsərləri: Respublika yol polisinin binası, “Naxçıvan” oteli yaxınlığında Bakıxanov küçəsindəki körpü, İnşaatçılar prospektindəki gömrük idarəsinin binası, Şuşa şəhərindəki Natəvan abidəsi və s.