Tanınmış İsveç uşaq yazıçısı Elza Beskov (qızlıq soyadı-Maartman) – eyni zamanda uşaq kitablarının (özünün və digər müəlliflərinin), jurnalların, uşaq şeirləri və mahnıları kolleksiyalarının illüstratoru kimi də tanınır. Onun əsərləri uzun müddətdir ki, İsveçin Mədəni İrsinin ayrılmaz bir hissəsidir.
Elza Beskov 11 fevral 1874-cü ildə Stokholmda, böyük bir ailədə anadan olub: böyük qardaşı və dörd bacısı olub. Balaca Elza, bir çox uşaq kimi, nağılları, xüsusilə Andersen və Sakarias Topeliusun əsərlərini çox sevirdi, bu da Beskovun yaradıcılıq tərzinin formalaşmasına müsbət təsir göstərirdi. Elza hələ uşaq ikən nağıllar yazmağa başladı. İlk dinləyicisi, doğru sözləri tapmasına kömək edən və yeni hekayələr üçün fikirlər söyləyən qardaşı Hans olub. Uşaqlıqdan Elza rəsm çəkməyə həvəs göstərdi. Tez-tez qardaşı ilə rəsm çəkirdi: qardaşı - Vikinqlər və qədim yunan əfsanələrinin qəhrəmanlarını, Elza isə - ətrafdakı dünyanı, xüsusilə çiçəklər və ağacları. Evdə ona "meşə şahzadəsi" ləqəbi belə verilmişdir.
1892 - 1895-ci illərdə Elza incəsənət müəllimi olmaq üçün Stokholm texniki məktəbində (indiki Konstfack - sənət, sənətkarlıq və dizayn kollecində) oxudu. O, 1894-cü ildə illüstrasiyalar ilə məşqulmağa başladı və uşaq jurnalı Jultomten (Yultomten / Christmas Gnome) ilə əməkdaşlıq etməyə başladı.
1897-ci ildə o zaman hələ o qədər də məşhurlaşmayan Elza Maartmanın ilk kiçik kitabı - "Kiçik, olduqca kiçik yaşlı qadının nağılı" nəşr olundu. Elə həmin il Elza, Natanael Beskovla ailə həyatı qurdu. Onların evlilikləri xoşbəxt sürdü: ər-arvad eyni fikirləri bölüşür, həmişə hər şeydə bir-birlərinə dəstək olurdular. 1899-1914-cü illərdə onların altı oğulları dünyaya gəldi və hər biri üçün Elza bir nağıl yazdı.
Elza Beskov həqiqi şöhrəti 1901-ci ildə qələmə aldığı "Puttes äventyr i Blåbärsskogen" (“Puttenin Yabanmersini Meşəsindəki Macəraları) nağılının çıxması ilə qazandı. Nağıl bir neçə dilə, o cümlədən rus dilinə tərcümə edilmişdir. Yarım əsrlik yaradıcılıq fəaliyyəti müddətinə Elza Beskov 33 kitabın müəllifi oldu. 1952-ci ildə onun sonuncu nağılı “Qırmızı Avtobus və Yaşıl Avtomobil” nəşr olundu.
Beskovun kitabları 20 dilə tərcümə olunmuş və müntəzəm olaraq yenidən çap edilmişdir.
Elzanın nağıllarını bu qədər cəlbedici edən nədir? Rəngli təsvirlər burada mühüm rol oynayır: hekayə yalnız mətn vasitəsilə deyil, həm də şəkillər vasitəsilə oxucuya çatdırılır. Beskovun nağıllarında sehrli fantaziya və əyləncəli oyunlar mövcüddur: nağıllarında nə aqqresiya, nə də ki hirsli və qəddar personajlar var. Nağıllarda uşaqlar və böyüklər arasındakı münasibətlərə çox diqqət yetirilir. Beskovun nağılları uşaqlara və valideynlərə gündəlik həyatda möcüzəli şeylər tapmağa, daha mehriban olmağa və təbiətlə harmoniyada yaşamağa kömək edir. Beskov nağıllarının qəhrəmanları arasında yalnız sehrbazlar və şahzadələr deyil, həm də adi uşaqlar, həm də həyətdə, bağda və ya tarlada gördüyümüz meşə heyvanları və hətta bitkilər var. “Nağıllar hər yerdə var. Nağılı hər yerdə - hər gündəlik xırda şeydə tapmaq mümkündür. Hər hansı bir fikir, hər hansı bir fantaziya nağıla çevrilə bilər”, deyə Elsa Beskov söyləmişdir.
Elza Beskov, 1953-cü ildə 79 yaşında xərçəngdən vəfat etdi.
Elza Beskovun bəzi əsərləri: "Armud, darçın və bənövşə", “Saçları çiçəklənmiş qız”, “Ağıllı Kaysanın süpürgəsi”, “Yaramaz uşaqların nağılı”, "Yaşıl xala, Qəhvəyi xala, Bənövşəyi xala və Mavi dayı" ("Tant Grön, Tant Brun və Tant Gredelin"),"Sulbakkadan Uşaqlar" ("Barnen på Solbacka"), "Meşə Qnomunun Uşaqları", “Apreleçka", " Düyməcik "," Lesoviçki " (“Tomtebobarnen ")," Petinonun yeni paltarı" və s.
İsveç Kitabxana Birliyi 1958-ci ildə Elza Beskovun şərəfinə qızıl medal təsis etdi. Bu medal hər il uşaq kitablarının ən yaxşı illustratoruna təqdim edilir.
Norveç Hava Gəmisi Boeing-dən biri Elza Beskovun adını daşıyır.