«Əsrin aydınları» jurnalının dəyərli qonağı Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasının müdiri, texnika elmləri doktoru, Birləşmiş Oksford Akademiyasının fəxri professoru Fəqan Əliyevdir.
Fəqan Qənbər oğlu Əliyev 1945-ci ildə Azərbaycan Respublikasının Ağcabədi rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. Moskvada aspirantura üzrə Fizika və İnşaat İnstitutunu bitirdikdən sonra 1977-ci ildə elmlər namizədliyi və 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Binaların enerji idarə etmə və nəzarət sisteminin problemləri, inkişaf və alternativ enerji texnologiyasının həyata keçirilməsi sahəsində tədqiqatlar ilə məşğul olmuşdur. Onun işi «avtomatlaşdırılmış idarə vasitəsi ilə Bakı şəhərində böyük İdman Kompleksində enerjiyə qənaətin optimallaşdırılması və kompüter sistemlərinə istifadə üzrə nəzarətdir». Keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasının fərqlənmə diplomu ilə təltif edilib. F.Əliyev layihələşmədə iştirak edib və 25-dən çox binanın tikilməsinə rəhbərlik edib. Məsələn Respublika velosiped yolu, Atletik Arena, Bakı İdman Sarayı(indiki Heydər Əliyev adına İdman və Konsert kompleksi)Respublika Tibbi-Atletik Sağlamlıq Mərkəzi, Mingəçevir şəhərində Dövlət Olimpiya Qayıqdaşıma Bazası və s.Professor Fəqan Əliyevin fəaliyyəti ekosistem müdafiəsi və müxtəlif binaların və strukturların radiasiya təhlükəsizliyidir. Bura xüsusən sənaye inkişafının ekoloji problemləri və neft-qaz əməliyyatları daxildir.Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Finlandiya, Türkiyə, İran, Rusiya, Pakistan və başqa MDB ölkələrində keçirilən forumlarda konfranslar verib. Azərbaycan və xarici alimləri cəlb etmək üçün Fəqan Əliyev 10 beynəlxalq Bakı konqresi təşkil edib «Enerji, Ekologiya, İqtisadiyyat və bu beynəlxalq forumların icraatını 15 cilddə redaktə edib. Fəqan Əliyev Azərbaycan, ABŞ, Finlandiya, Böyük Britaniya, Rusiyada nəşr edilən, təsisçisi və elmi-populyar jurnalların baş redaktoru, „Enerji, Ekologiya, İqtisadiyyat“ və „Kainat“ çoxsaylı sənədləri, ixtira, dərslik və monoqrafiyanın, elmi jurnalların müəllifidir. „Ekoenergetika və Biologiya“ jurnalının elmi redaksiya heyətinin üzvü Fəqan Əliyev akademik Yu tərəfindən təltif edilmişdir. Məmmədəliyev və V.Boguslavski medallarına elmi və təşkilatı fəaliyyəti üçün layiq görülmüşdür Fəqan Əliyevin elmi faəliyyətləri başqa işlərlə də əlaqəndirilmişdir. O, Azərbaycan Dövlət Komitəsinin elmi və texnoloji sədr müavini, Xarici Dövlət İnvestisiyalar şöbəsinin müdiri, Azərbaycan Respublikasının Plan Komitəsi və Tikinti üzrə Azərbaycan Dövlət İdman Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır. F.Əliyev 1990-cı ildə „Günəş“ və 1994-cü ildə Beynəlxalq Ekoenerji Akademiyasının əsasını qoyub. Hal-hazırda Beynəlxalq Ekoenerji Akademiyasının prezidenti, professor Fəqan Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin „Ekologiya“ kafedrasının müdiridir. O, binalarda səmərəli enerji və bərpa olunan enerji texnologiyaları, ətraf mühitin risk qiymətləndirilməsi və radiasiya təhlükəsizliyi və s tətbiqi üzrə mühazirə və inkişaf kursları keçir.
O Rusiya Tikinti və Memarlıq Akademiyasının üzvüdür, Beynəlxalq Assosiasiyanın (AVOC) fəxri professoru, İslam Azad Universetinin doktoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir, Beynəlxalq «AVOK» Assosiasiyasının üzvü, İslam Azad Universitetinin fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının müşaviridir.
— Salam, xoş gördük hörmətli professor Fəqan müəllim. Sizi «Əsrin aydınları» jurnalının qonaqları arasında görməyə çox şadam. Ümidvaram ki, bu gün sizinlə çox maraqlı müsahibəmiz olacaq.
— Salam Günel xanım, məndə sizi, oxucularımızı salamlayıram. Sizə və əməkdaşlarınıza təşəkkür edirəm.
— Fəqan müəllim, istəyərdim, bərpa olunan enerji ilə bağlı layihələrinizin tarixindən danışaq. Məlum olduğu kimi Azərbaycanda bu sahədə sizin rolunuz çox böyükdür.
— Mən hələ 3-cü kursda oxuyan zaman «Qoy həmişə günəş olsun!» layihəsi üzərində işlədim. İşimə yüksək dəyər verdilər, medalla qiymətləndirdilər. Mən universitetin 3-cü kursundan bu günə kimi həmin layihənin üzərində işləmişəm. İndi yaşıl enerji, bərpa olunan enerji, alternativ enerji kimi adlandırdıqlarımıza da haqlı olaraq bir sözlə bərpa olunan enerji deyilir. Yəni günəş alternativ ola bilməz. Həyatımız günəşlə bağlıdır. Neft, daş, kömür bunlar sonradan əmələ gəlib. Sadaladıqlarımız alternativ ola bilər. Mən elmi işlərimdə, şəhərsalmada, memarlıqda, bina tikintisində, inşaat materiallarında günəş enerjisinin rolunu göstərdim. Biz Günəş sistemində yaşayırıq. Yer kürəsində 2 cərəyan ayrılır. Biri saat əqrəbinin istiqamətində, digəri saat əqrəbinin əksi istiqamətində. Bu suda da, havada da eyni şəkildə gedir. Cərəyanların hərəkətində dənizdə gedən dalğalar dənizin təmizliyini aparır, külək isə hava atmosferini təmizləyir. Və bununla da həyat belə davam edir. Enerjinin alınması məsləsində isə günəşdən alınan enerjini çox təəssüf ki, ekvatora yaxın ölkələr yaxşı istifadə edə bilmirlər. Mən Azərbaycanda günəş enerjisindən istifadənin qanunvericiliyini yaratdım. Bərpa olunan enerjinin effektivliyinin qanunvericiliyini yaratdımSonra isə biz elmi laboratoriya yaratmalı idik. Mən Prezidentimizin tapşırığı ilə Xınalıqda hibrid sistemini işlədim. Xınalıq dəniz səviyyəsindən 2300-2400 metr hündürlükdədir. O kəndi tam enerji ilə təmin etmək üzərində çalışdım. Hibrid sistem daha yaxşı, daha rahatdır. Bir layihəmə görə xaricdən pul mükafatı da qazandım. Bu hidrogen enerjisinin yaradılması layihəsi idi. Hidrogenlə bütün bitki yağları təmizlənir. Kaş ki, Bakıda bütün avtomobillər hidrogenlə işləyərdi. Tullantı qazlarına, avtomobil qazlarına görə müxtəlif xəstəliklər yaranır. İndi bütün ərzaqlara dərmanlar vurulur. Təbii ərzaqlarla qidalanmalıyıq. Bütün bunlar bizi xoşbəxtliyə çıxaran övladlarımızın sağlam, təhsilli olması üçündür.
— Bildiyimiz kimi azad edilmiş ərazilərimizdə yaşıl enerji zonası yaradılıb və bunun da təşəbbüskarı sizsiniz. Qarabağdakı layihənizdən danışaq…
— Bugünkü gündə dövlət başçısı cənab İlham Əliyev bu sahəyə böyük kapital qoyur. Qarabağda yaşıl enerji zonasının və eləcə də bərpa olunan enerjidən istifadə potensialı çox böyükdür. Orada hər cür imkanlar mövcuddur; günəş, külək, biokütlə, bioqaz, kiçik çaylar kimi bütün imkanlar var. Bu barədə bir neçə silsilə layihələr işləmişəm. Qarabağda günəş enerjisindən istifadənin diaqramları da artıq qurulub. Laçın, Şuşa, Ağdam və Kəlbəcərdə günəşdən necə istifadə etmək, kiçik çaylardan necə istifadə edib su elektrik stansiyaları qurmaqla bağlı layihələrimizdə öz icrasını gözləyir. Qarabağa köçürülmədə əsasən cavanlarımızı, gənclərimizi görmək istəyərəm. Orada elə şərait yaratmalıyıq ki, hamı rahat yaşaya bilsin.
— Fəqan müəllim, dəyişən dünyamızı necə dəyərləndirirsiniz? Risk faktorları, ekoloji çirklənmə məsələsinə münasibətinizi bilmək istəyərdim.
— Dəyişən dünyamızla bağlı onu qeyd edə bilərəm ki, günü gündən cəmiyyətlərin sağlam mühitdə yaşaması problemlərə çevriləcək. Dünyada tullantı əmsalı hədsiz şəkildə çoxalmaqdadır. Bu tullantıların çoxuda polimer materiallarının payına düşür. Onun da əsası xlordur. Tədqiqatlar sübüt edir ki. dünyada 18 milyard ton xlor istehsal olunur. Ozon qatını, atmosferi dağıdanda məhz xlordur. Bunu azaltmaq üçün xüsusi layihələr işlənib hazırlanmalıdır. Qabaqcıl inkişaf etmiş ölkələr bu barədə müxtəlif layihələr icra etməkdədir. Halhazırda dünya rəhbər adamlar, alimlər, iş adamları üçlüyü fonunda inkişaf edir. Bugünkü günümüzdə Azərbaycanın inkişafında cənab İlham Əliyevin çox böyük, əvəzsiz rolu var. Prezidentimiz çox düzgün və balanslı siyasət yeridir. Çox riskli bir dövrdə yaşayırıq. Fakt olaraq Rusiya-Ukranya müharibəsini, İsrail-Fələstin münasibətlərini göstərə bilərik. Cənubi Qafqazda müharibə olmasını istəmirik. Ümumiyyətlə, heç bir yerdə müharibə olmasın. Dövlətimizin, torpağımızın qədrini bilək.
— Bilirik ki, bir çox xarici ölkələrdə məhz sahəniz üzrə konfranslarda olmusunuz və özünüz də təlimlər vermisiniz. Ən yaddaqalan hadisələr hansılardır?
— Mən istər xaricdə, istər ölkəmizdə 15 konfrans iştirakçısı olmuşam. Azərbaycanda, Amerika, İngiltərə, Fransa, Orta Asiya ölkələri, Rusiya, Yaponiya kimi ölkələr ilə çoxlu layihələr etmişik. Mənim yadımda qalan hadisələrdən biri Yaponiyada universitetlərdən birində 2 ay dərs deməyimdir. 6 il Azərbaycanın Yaponiyadakı nümayəndəsi olmuşam. Amerikada Florida, Böyük Mayami Universitetində, Vaşinqtonda Ağ evdə olmuşam. İngiltərədə Oxford Universitetində qızıl medalla təltif olunmuşam. Hesab edirəm ki, bu səfərlər, icra etdiyim layihələr həyatımın ən gözəl anlarıdır.
— Hörmətli Fəqan müəllim, xoş söhbətiniz və müsahibəniz üçün sizə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə daima uğurlar arzulayıram. Sizinlə fəxr edirik!
— Günel xanım, məndə sizə və jurnalınızın rəhbəri Aydın müəllimə təşəkkür edirəm. Arzu edirəm ki, fəaliyətiniz həmişə uğurlu və yadda qalan olsun.
© Əsrin Aydınları jurnalı
Araşdırmaçı Jurnalist: Günel Şəmilzadə
SMM, Fotoqraf: Toğrul Abdullayev