«Əsrin Aydınları» jurnalının bugünki dəyərli qonağı əməkdar idman ustası, əməkdar məşqçi, Kingboksinq üzrə 9 qat Avropa, 28 qat dünya çempionu, Azərbaycan Daxili işlər nazirliyinin İdman cəmiyyətinin idman-təlim şöbəsinin rəisi, polis, polkovnik-leytenantı Eduard Məmmədovdur.
— Salam, xoş gördük Eduard müəllim. Əminəm ki, bugünki müsahibəmiz çox maraqlı olacaq.
— Salam Günel xanım, xoş gördük. Sizi və oxucularınızı salamlayıram.
-Eduard müəllim, uşaqlıqdan hərkəsin özünə məxsus arzuları olur. İdmanla məşğul olmaq arzusu sizdə necə yarandı?
— Uşaq vaxtlarımdan idmana böyük həvəsim var idi. Flmlərdə idmançı obrazlarını oynayan aktyorlara daha çox baxırdım. Jan-Klod Van Dam, Brüs Li və başqalarının çəkildiyi filmlər mənə məşq etməyə stimul olublar.Hər dəfə o kinolara baxanda mən də onlar kimi idmançı olmaq istəyirdim. Amma illər keçdi, artıq başa düşdüm ki, onlar bir aktyordular və sadəcə filmlərdə çəkilirlər. Bütün tələbələrə deyirəm ki, bizim Avropa, Olimpiya, dünya çempionlarımız var və siz onlara baxıb nümunə götürə bilərsiniz. Hansı idmana başlayırsansa, öncə özünə bir «kumir» seçməlisən. Əlbəttə ki, bu yol asan deyil. Əziyyət çəkməlisən ki, bəhrəsini də görəsən. Əgər zəhmət, əziyyət olmasa heç vaxt uğur qazanılmaz. Həmişə dediyim bir söz var: «Bir dəfə çempion ola bilərsən amma həmin titulu dəfələrlə saxlamaq çox çətindir». Çünki hər yarışa yeni texnika ilə getməlisən ki, rəqiblər səni izləyə, zəif məqamlarını tuta bilməsinlər. Dəfələrlə dünya, Avropa çempionu, eyni zamanda dəfələrlə Asiya və Avrasiya çempionu (WAKO, World Profi and IAKSA versiyaları üzrə), müxtəlif peşəkar turnirlərin qalibi olmuşam.
— Yarışlarda ardıcıl qalib olmaq üçün hazırlaşmağın xüsusi mexanizmi varmı?
-Bütün yarışlara müəllimim, əməkdar məşqçi Çingiz Eyvazovla hazırlaşmışam. Biz həmişə yarışa yeni taktika, yeni texnika ilə qatılırdıq ki, rəqiblər zəif nüanslarımızı tuta bilməsinlər. Ona görə hər bir yarışdan sonra yeni zərbələrin üstündə işləmək lazımdır. İnsan həm də özü özünə müəllim olmalıdır. Bu yolun asan versiyası yoxdur. Həmişə gənclərə deyirəm ki, sağlam bədəndə sağlam ruh yaratmaq lazımdır. İdmançı olmaq çox şərəfli peşədir. Bu gün xarici ölkələrə yarışa gedəndə Azərbaycanın bayrağını yüksəklərə qaldırıb, himnimizi səsləndirirsən, minlərlə adam ayağa qalxır və alqışlayır. Həmin vaxt insan dünyanın ən xoşbəxt adamı olur. İdmanla məşğul olmaq o demək deyil ki, hamısı çempion olmalıdır. Əsas odur ki, pis vərdişlərdən uzaq, sağlam həyat yaşayırsan. Azərbaycan Kikboksinq Federasiyasının devizi narkomaniyaya qarşı mübarizə, pis vərdişlərdən uzaq olmaqdır. Azərbaycan bu gün qalib ölkədir və onun Prezident İlham Əliyev kimi qalib lideri var. Ali Baş Komandan, Müzəffər Prezidentimiz İlham Əliyevin həmişə idmana, idmançılara böyük diqqət və qayğısını görmüşük.
— «Eduard Məmmədov və 15 saniyəyə nokauta saldığı erməni rəqibi”- döyüşərkən hansı hisslər keçirirdiniz?
— Dəfələrlə erməni idmançı rəqiblərim olub və onları vaxtından əvvəl məğlub etmişəm. Demək olar ki, 10 dəfə erməni idmançı rəqibim olub və hamısına qalib gəlmişəm. Ən parlaq qələbəm isə 2000-ci ildə erməni idmançı ilə yarım final görüşündə oldu. Belə ki, onu 15 saniyəyə «nakaotla» məğlub etmişəm. Bütün dünyaya göstərdim ki, Azərbaycan idmançıları həmişə güclü olub və bundan sonra da olacaq. Çünki biz güclü xalqıq və bizim güclü liderimiz var. 44 günlük Vətən müharibəsində bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı və Ordumuz çox güclüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, rəşadətli ordumuzun qüdrəti ilə biz torpaqlarımızı düşməndən azad etdik. Allah Şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı versin. Gənclərimiz Şəhidlərin, qazilərin igidliyini, şücaətini, qorxmazlığını və Vətənə olan sonsuz sevgisini nümunə götürməlidirlər.
— Öz sahənizdə uğurlu və peşəkar olmağın sirri nədir?
— Uğur qazanmaq heç də asan deyil. Birinci növbədə seçdiyin peşəni sevməlisən. Daha doğrusu peşənin fanatı olmalısan. Bununla yanaşı həm də zəhmətkeş olmaq vacibdir. Bu gün əgər yorulursansa bil ki, düz yoldasan. Əgər yorulmadan asan yol ilə gedirsənsə, bu, vaxtını boşa keçirməkdir. Bugün əgər yorulursansa bil ki, düz yoldasan. Əgər yorulmadan asan yol ilə gedirsənsə, bu, vaxtını boşa keçirməkdir. Bilirsiniz ki, kikboks çox məhşur idman növüdür. Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Kikboksinq Federasiyasının fəxri Prezidenti, vitse-spiker Adil Əliyev, Federasiyasının prezidenti isə Orxan Əliyevdir. Adil Əliyev və Orxan Əliyevin kikboksinqin inkişafında çox böyük rolu var. Hər zaman onları böyük diqqət və qayğısını görə bilirik. Həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən də həmişə bu idmana böyük dəstəyin olduğunu görmüşük. Ona görə də Kikboksinq idman növü bu gün çox inkişafdadır.
Eduard müəllim, idman sahəsində kifayət qədər uğurlarınız, qalibiyyətləriniz olub. Beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırmısınız. Bildiyimiz kimi dövlətimiz tərəfindən də hər zaman yüksək mükafatlara layiq görülmüsünüz. Hazırkı fəaliyyətiniz hansı istiqamətdədir?
— Bəli, idman sahəsindəki nailiyyətlərlə bağlı bir çox mükafatlara layiq görülmüşəm. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə "Vətən uğrunda" medalı ilə, 25 dekabr 2009-cu il tarixində qeyri-olimpiya idman növünün inkişafında xüsusi xidmətlərə görə " Fəxri Fərmanla" , 27 may 2019-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Yubiley medalı" təltif olunmuşam. Eyni zamanda 5 mart 2020-ci il tarixində idman sahəsində 30 illik fəaliyyətlərim və yüksək nəticələrim nəzərə alınaraq, Gənclər və İdman Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adına layiq görülmüşəm.
Hazırda Daxili İşlər Nazirliyinin (DİN) İdman Təlim şöbəsinin rəisi, polis polkovnik- leytenantı vəzifəsində çalışıram. İlk növbədə fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycan polisində xidmət edirəm. Burada bizim işimiz DİN-nin polis əməkdaşlarının fiziki hazırlığını daim yüksək səviyyədə təşkil etməkdən ibarətdir.
— Gənclərə tövsiyyələriniz nə olardı?
— Hər bir gənc özünə inanmalıdır. Əlbəttə, əgər bu gün idman növləri ilə məşğul olursansa, o zaman çalışmalısan ki, çempion olasan. Çempion olmaq üçün də mütləq əziyyət çəkməlisən. Bildiyiniz kimi mənim ləqəbim «ağ canavar» dır. Bu ləqəb həmişə mənə uğur gətirib. İndi tələbələrim çoxdur. Onların arasında 3 qat Avropa, 3 qat dünya çempionu Amil Quliyevə mən «ağ canavar» ləqəbini vermişəm. Amil Quliyev bu günə kimi uduzmayan idmançıdır. 17 yaşında Avropa çempionatında olub. 18 yaşında isə Amil Quliyev kişilər arasında dünya çempionu adını qazanıb. Bu çox böyük uğurdur. Hansı ki, 30-35 yaşında kişilərlə döyüşüb. Elvin Məmmədovu da qeyd etmək istəyirəm. O da 16 yaşında böyüklər arasında Avropa çempionu, 17 yaşında isə dünya çempionu olub. Amil Quliyev və Elvin Məmmədov ötən ilin noyabr ayında Portuqaliyanın Albufeyra şəhərində dünya çempionu olublar. Həmin yarışda mən Eduard Məmmədov «Light Contact» və «Kick Light» versiyaları üzrə 6 döyüş keçirib, 28 — ci dəfə dünya çempionu oldum. Mənimlə bərabər köməkçim Ayaz Mehdiyevlə birlikdə idmançıları bütün yarışlara hazırlaşdırırıq.
— Ən uğurlu hesab etdiyiniz il və ya layihələrinizdən danışa bilərsinizmi?
— 2023-cü il mənim üçün çox uğurlu oldu. Ötən il Polşanın Krakov şəhərində keçirilmiş Avropa Oyunlarına Kikboksinq ilk dəfə daxil olmuşdu. Tələbəm Ağamoğlanov Fərid həmin yarışda qızıl medal qazandı və Avropa Oyunlarının qalibi oldu. Eyni zamanda 2022-ci ildə iki tələbəm İslam Həmrəylik Oyunlarının qalibi olub. Daha sonra Türkiyədə keçirilən idman yarışında iki tələbəm Anar Məmmədov və Fərid Ağamoğlanov qızıl medal qazandılar. Şükürlər olsun ki, mən də bu günə kimi döyüşürəm. Nə qədər qolumda gücüm var, yenə də döyüşəcəm. Əsas məqsədimiz bayrağı qaldırmaq, himnimizi səsləndirməkdir.
— Yarışlarda sizinlə birgə tələbələrinizdə iştirak edir, bu məsuliyyət sizin yarış anında fəaliyyətinizə necə təsir edir?
-Tələbələrimlə bərabər yarışlara hazırlaşıram ki, onlar da mənə baxıb daha çox motivasiyalı, həvəsli və cəsur olsunlar. Tələblərlə birlikdə yarışlara hazırlaşmağım onlara da stimul verir. Hazırda 100-dən çox tələbəm var. Onların sırasında Avropa, dünya çempionları var. Biz onları sağlam, güclü yetişdiririk ki, onlar Vətən uğrunda xidmətə gedəndə güclü olsunlar. Ən önəmlisi gənclərə dəstək olmalıyıq ki, onlar sağlam həyat yaşasınlar, pis vərdişlərdən uzaq olsunlar. Spirtli içkilərdən, siqaret çəkməkdən, xüsusilə narkomaniyadan uzaq olmaları üçün gənclərə daim dəstək olmalıyıq.
— Hər bir insanda Vətən sevgi olmalıdır. Əgər insan Vətənini, valideynlərini, övladlarını sevirsə, əlbəttə, o həyatda böyük uğurlar qazanacaq. Həmişə söyləyirəm ki, tanınmış idmançı, yaxud tanınmış sima olsan da həmişə sadə olmağı üstün tutmaq lazımdır. İnsanın sadəliyi onun gözəlliyidir. Çox sevinirəm ki, bütün tələbələrim mənə bənzəmək istəyirlər.
— Yarışlarda sizinlə birgə tələbələriniz də iştirak edir, bu məsuliyyət sizin yarış anında fəaliyyətinizə necə təsir edir?
— Mən yarışlara tələbələrimlə bərabər hazırlaşıram ki, onlar mənə baxıb daha çox motivasiyalı, həvəsli və cəsur olsunlar. Belə deyək, tələbələrimlə birlikdə yarışlara hazırlaşmağım onlara da stimul verir. Hazırda 100-dən çox tələbəm var. Onların arasında Avropa, dünya çempionları da var. Biz onları sağlam, güclü yetişdiririk ki, Vətən uğrunda xidmətə gedəndə güclü olsunlar. Ən önəmlisi, gənclərə dəstək olmalıyıq ki, onlar sağlam həyat yaşasınlar, pis vərdişlərdən uzaq olsunlar. Spirtli içkilərdən, siqaret çəkməkdən, xüsusilə narkomaniyadan uzaq olmaları üçün gənclərə daim dəstək olmalıyıq. Hər bir insanda Vətənə sevgi olmalıdır. Əgər insan Vətənini, valideynlərini, övladlarını sevirsə, əlbəttə, o həyatda böyük uğurlar qazanacaq. Həmişə söyləyirəm ki, tanınmış idmançı, yaxud tanınmış sima olsan da sadə olmağı üstün tutmağı bacarmalısan. İnsanın sadəliyi onun gözəlliyidir. Çox sevinirəm ki, bütün tələbələrim mənə bənzəmək istəyirlər. Mənim də iki övladım var. Oğlum Raul Məmmədova da «ağ canavar» ləqəbini vermişəm. O da kikboksinq idman növü ilə məşğul olur. Dəfələrlə müxtəlif turnirlərin qalibi olub. Qızım da həmçinin bu idman növü ilə məşğul olur. Peşəkar idmançı olmasa da, sağlam və güclü olmaq üçün məşq edir. Bu gün qızlarımız da kikboksinq idman növünü çox bəyənir. Onu da qeyd edim ki, bu idman növü heç vaxt insanı kobudlaşdırmır. Əksinə, oğlanların bədən quruluşunu formalaşdırır, qızlar isə güclü və gözəl görünüşə sahib olurlar. Gənclərimizi idmanla məşğul olmağa, bütün pis vərdişlərdən uzaq olmağa dəvət edirəm.
— Maraqlı müsahibə üçün sizə təşəkkür edirəm, Eduard müəllim. Sonda bizim jurnalımıza nə arzulayarsınız?
— Dəvətiniz üçün mən sizə təşəkkür edirəm, Günel xanım. Başda Aydın müəllim olmaqla, «Əsrin aydınları» jurnalının bütün əməkdaşlarına müvəffəqiyyətlər arzu edirəm. Gənclərə mayak ola biləcək əsrin aydınlarını işıqlandırmağınız çox gözəl və bugünkü gündə önəmli bir addımdır. Uğurlar!
© Əsrin Aydınları jurnalı
Tədqiqatçı Jurnalist: Günel Şəmilzadə
SMM, fotograf: Toğrul Abdullayev