Son 1.400 il ərzində bu məməlilərin yaşam arealı təxminən 65% azalmışdır.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, Yangtze üzgəcsiz delfini (Neophocaena asiaeorientalis asiaeorientalis) kritik dərəcədə təhlükə altındadır. Yeni bir tədqiqat göstərir ki, antik Çin şeirləri tədqiqatçılara bu növün zaman içərisindəki azalmasını izləməkdə yardımçı ola bilər. Ən azı 1.400 ildir ki, Çinli şairlər Yangtze çayının mənzərələri və səsləri haqqında poetik parçalar yazmışlar. İndi isə alimlər bu bədii əsərlərdən bir heyvanın keçmişini yenidən qurmaq üçün istifadə edirlər.
Qədim şeirlərin Yangtze üzgəcsiz delfinin keçmişdəki yayılma arealını izləməyə yardımçı ola biləcəyini tədqiqatçılar 5 may tarixində Current Biology jurnalında bildirmişlər. Hal-hazırda bilinən yeganə şirin su delfini olan bu növ təxminən 1.000-dən az fərdlə vəhşi təbiətdə mövcudluğunu davam etdirir.
豚入息风银月澄,龙出听讲黑云起
"Əjdahalar zahirdə fırtına buludlarını çağırarkən, delfinlər gümüşü gətgəllərdə ay işığını qovalayırdılar."
– Qianlong (乾隆), Qing sülaləsi dövründə, 1735–1796-cı illər arasında imperator olmuşdur.
Şanxaydakı Fudan Universitetinin ekoloqu Jiajia Liu bildirir: “Mühafizə işləri apararkən, növün keçmiş yayılma sahəsini və tarixi populyasiya ölçüsünü bilməliyik.” Bu parametrlər tədqiqatçılara qoruma məqsədləri müəyyənləşdirmək üçün əsas verir. Lakin delfinlərlə bağlı ən etibarlı məlumatlar yalnız son bir neçə onillikdən gəlməkdədir. Liu bildirir ki, tarixi məlumat toplamaq üçün “biz yalnız sənədli filmlər və incəsənət kimi qeyri-ənənəvi məlumat mənbələrinə güvənə bilərik.”
Liu və həmkarları, bəzən "çay donuzu" və ya digər ləqəblərlə adlandırılan delfinə edilən istinadlar üçün antik Çin şeirləri bazalarını araşdırdılar. Onlar konkret müşahidə yerinə yalnız abstrakt təsvirlərə əsaslanan istinadları çıxararaq, Tang sülaləsinə (MS 618–907) qədər gedib çıxan 724 şeiri seçdilər.
江豚白𩷱欺人甚,喷浪跳波帆影间
"Yangtze'nin üzgəcsiz delfinləri və baijiləri çox hiyləgərdir, dalğaları sıçradır və yelkənin kölgəsində sıçrayırlar."
– Zao Chen (陈造), Song sülaləsi
Şeirin konteksti və yazılı səyahət qeydləri tədqiqatçılara hər bir müəllifin yerləşdiyi məkanı müəyyənləşdirməyə kömək etdi. Wuhan şəhərindəki Çin Elmlər Akademiyasından zooloq Zhigang Mei bildirir ki, şairlərin çoxu dövlət vəzifələrində çalışdıqları üçün onların həyatları haqqında məlumatlar dəqiqliklə sənədləşdirilmişdir. Məsələn, 1735–1796-cı illər arasında imperator olan Qianlong, heyvan haqqında belə yazmışdı: “Donuz balıqları gümüşü gəlgetlərdə ay işığını qovalayarkən, əjdahalar görüş yerində fırtına buludlarını çağırdılar.”Şeirlər elmi tədqiqat məlumatları ilə birləşdirildikdə, delfinlərin yaşam arealının Tang sülaləsindən bəri 65% azaldığı ortaya çıxmışdır. Bu azalma beş tarixi sülaləni – Tangdan başlayaraq Qing sülaləsinə (MS 1636–1912) qədər – əhatə edən dövrdə tədricən baş vermişdir. Lakin ən kəskin azalma Qing sülaləsindən müasir dövrə qədər müşahidə olunmuşdur. Son 1.400 il ərzindəki itkini əsasən çayın qollarında və göllərdə yaşamış delfinlərin arealının 90%-ə yaxın daralması təşkil edir.
Liu bu azalmanın əsas səbəbi kimi insan fəaliyyətlərini göstərir. Su elektrik bəndlərinin inşası və torpaq inkişafı delfinlərin miqrasiyasını əngəlləmişdir. Məməlilərin dəyişən yaşam arealları haqqında bu cür qeyri-adi öyrənmə üsulları tədqiqatçılara onları daha yaxşı başa düşməkdə və qorumaqda yardımçı ola bilər.
Liu qeyd edir ki, “Şeirlər əslində qədim bir xalq elminin nümunəsidir. Bu məlumatlar mükəmməl olmasa da, doğru istifadə edildikdə çox dəyərli bilgilər təqdim edə bilirlər."
Xəbər Müəllifi : Vasif Şükür