A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir. Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının Ardı
Ədəbi-publisistik, elmi-nəzəri yaradıcılığı, eləcə də ictimai-siyasi fəaliyyəti ilə tariximizdə xüsusi yeri olan görkəmli ədib Mirzə İbrahimov XX əsrin 30-cu illərindən başlayaraq ömrünün sonunadək Azərbaycanın mədəni və ideoloji siyasi həyatında silinməz izlər qoyub. O da Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Hacı Ardı
Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskvaya gedərək, burada Moskva Dövlət Ardı
Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların Ardı
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. 1921-ci Ardı
Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məktəbini bitirmiş, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. “Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Ardı
Azərbaycan xalqının milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazi 1919-cu ildə aşıq musiqisinin, saz havalarının vətəni, şeir-sənət ocağı olan Qazax mahalında dünyaya göz açıb. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. O, Ardı
Şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Ardı
Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vəkilov) XX əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub. Vaqif Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Ardı
Yusif Heydər oğlu Məmmədəliyev 1905-ci ildə Naxçıvan MR-nın Ordubad şəhərində anadan olmuşdur. İbtidai təhsilini öncə evdə, sonra isə Ordubad məktəbində almış, 1918-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçərək Rüşdiyyə 7 illik məktəbində oxumuşdur. 1920-1923-cü illərdə Yusif Məmmədəliyev məktəbdə müəllim işləyir. 1923-cü ildə o təhsilini artırmaq məqsədiylə Bakıya Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.