Elmira Şahtaxtinskaya Bakı şəhərində anadan olmuşdur. XX əsrin görkəmli xanım rəssamı həyatı boyunca müxtəlif janrlarda çox sayda rəsm əsəri yaratmışdır. O, orta təhsilini başa vurduqdan sonra təsviri sənət sahəsində biliklərini dərinləşdirmək üçün Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil Ardı
Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Onun anası Qaşqa-Camal elmə, ədəbiyyata meyillı bir insan idi. O, qızı Mərziyəni 1908-ci ildə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində oxutdurub. Məktəbi bitirəndən sonra M.Davudova Həştərxanda “Qaliyə” məktəbində təhsilini davam etdirib. Ardı
Əjdər İbrahimov Aşqabadda dünyaya göz açıb. 1940-cı ildə Aşqabad Teatr Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada - “Türkmənfilm”ə qayıdıb. Burada “Firuzə”, “Xəzərin şərqində” və s. filmlərə quruluş verib. Ardı
Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR-nin Əməkdar artisti Osman İsmayıl oğlu Hacıbəyov 1924-cü il fevralın 18-də Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinfini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Ardı
XX əsrin əvvəllərində Üzeyir Hacıbəylinin opera və operettaları Azərbaycan teatrında yeni məktəbin əsasını qoydu. Həmin dövrdən səhnəmizdə muğam və vokal ifaçıları, habelə xor artistləri yetişməyə başladı. Musiqili teatr tamaşaları artıq təsadüfdən-təsadüfə deyil, daimi olaraq repertuarda yer aldı. Xanəndə və vokalçıların özünəməxsus ifa tərzləri teatr və musiqi Ardı
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu il sentyabrın 13-də Şamaxı şəhərində doğulub. O, 1927-ci ildə Bakıda orta məktəbi bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin Dilçilik şöbəsinə qəbul olunub və 1931-ci ildə ali təhsilini başa vurub. Ömrünün iki Ardı
Şərqdə opera teatrının inkişafında özünəməxsus rolu olan Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev 1906-cı il sentyabr ayının 26-da Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olub. Şəhərin əsilli, hörmətli ailələrindən birinə mənsub olduğundan, onun mükəmməl elmə, biliyə yiyələnməsinə xüsusi diqqət yetirilirdi. Dövrünün məşhur Ardı
Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Məcid bəyin atası Behbudalı kişi bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışıb. Onun vəfatından sonra ailənin bütün qayğılarını balaca Məcid öz çiyinlərində çəkməli olur. O, varlı bir tacirin yanında işləməyə məcbur qalır. Gənc Məcid Ardı
Görkəmli kinoşünas və teatrşünas, sənətşünaslıq elmləri doktoru Sabir Əkbər oğlu Rzayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rzayev həmin vaxt Moskvada “İnostrannaya literatura” jurnalının redaksiyasında Türk ədəbiyyatı şöbəsinin müdiri işləyirdi. Sabir orta Ardı
Milli teatrın formalaşmasında əvəzsiz rolu olan sənət fədaisi Əməkdar artist Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra təhsilini Realni məktəbdə davam etdirib. Sənətə, musiqiyə olan böyük marağı uşaq yaşlarından onu teatra gətirib çıxarır. Belə ki, o dövrdə məktəb müəllimləri və Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.