Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Onun əsərlərinin yaranma tarixinə, xronologiyasına nəzər salsaq, XX yüzilin əvvəllərindən başlayaraq 70 ilə yaxın söz qoşub-saz çalmasını görərik. Ardı
Kino tariximizdə layiqli iz qoyan, dərin məzmunlu yaradıcılığı ilə yaddaşlarda əbədiləşən sənətkarlarımızdan biri də tanınmış rejissor, Xalq artisti Muxtar Dadaşovdur. Muxtar Dadaşov ustad operator olmaqla yanaşı, həm də kinorejissor kimi fəaliyyət göstərib. Onun lentə aldığı sənədli filmlər tariximizin əsl kino salnaməsidir. O, 1913-cü il sentyabrın 11-də Bakıda Ardı
Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını Ardı
Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan Ardı
Görkəmli kinorejissor, kino tariximizdə ilk rəngli bədii filmin müəllifi Hüseyn Seyidzadə 1912-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvanda dünyaya göz açıb. Hüseyn Seyidzadə yeniyetmə çağlarından zəhmətə alışıb. Erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri cinayətlər zamanı onun ailəsi Bakıya köçmüş və yeniyetmə Hüseyn fabrikdə fəhləlik etmişdir. Ardı
Kərim Abbasəli oğlu Kərimov-general-leytenant, Sosialist Əməyi Qəhrəmanı-14 noyabr 1917-ci ildə Bakıda doğulmuşdur. 1942-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutunun energetika fakültəsini, 1943-cü ildə Hərbi Artilleriya Akademiyasını bitirmişdir. 1943-1945-ci illərdə reaktiv mərmilər buraxan Moskva zavodlarında hərbi nümayəndə olmuşdur. 1945-ci ildən 20 il SSRİ Ardı
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Ardı
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində yoxsul kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib. 1918-ci ildə - Mir Cəlal 10 yaşında ikən atası vəfat edib, o, böyük qardaşının himayəsində yaşayıb. Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə Ardı
Azərbaycan muğamlarını caz texnikası ilə birləşdirərək muğam-caz musiqi janrının təməlini qoyan görkəmli pianoçu, caz ustası Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. İlk musiqi təhsilini anası Zivər xanımdan alan Vaqif Mustafazadəyə mahir pianoçu olan Zivər xanım xalq folklor nümunələri ilə yanaşı, klassik bəstəkarların İ.S.Baxın, Ardı
Salayev Eldar Yunus oğlu 1933-cü il dekabrın 31-də Naxçıvan şəhərində anadan olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Fizika üzrə fəlsəfə doktoru (1963), fizika üzrə elmlər doktoru elmi dərəcəsini (1975), professor elmi adını (1979) almış, 1980-ci ildə AEA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.