LIVE
 Çərşənbə, 1 dekabr 2021, 23:17:05  

Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib


Sabiq deputat Jalə Əhmədovaya yeni vəzifə verilib. Aydınlar.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb. Əmrə əsasən, Jalə Əhmədova əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat alıb. Qeyd edək ki, J.Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, həmçinin Dünya Alpaqut Federasiyasının Prezidentidir.

Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib


Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib. Aydınlar.az xəbər verir ki, “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub. Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur. Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva,

COP29-da “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək


Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds” tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan ediləcək. Aydınlar.az xəbər verir ki, bu barədə Elm vəTəhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir Elm vəTəhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və QS-in birgə təşkilatçılığı ilə yaşıl zonada keçiriləcək. Sözügedən tədbir çərçivəsində dünyanın qabaqcıl universitetlərinin nümayəndələrinin iştirakı ilə “Ali təhsildə dayanıqlılıq: davamlı

Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb. Aydınlar.az xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və “Asarel Energy” arasında Birgə İnkişaf Sazişi” imzalanıb. Görüşdə Prezident İlham Əliyev imzalanan sənədin əhəmiyyətini vurğuladı, bunun əməkdaşlığımızın möhkləmlənməsi işinə verdiyi töhfəyə toxundu. Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti bu tədbirin artıq səmərəli nəticələr

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilir, Prezident tədbirdə iştirak edib


Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilir. Aydınlar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib


Noyabrın 12-də Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib. Aydınlar.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Nazir: İxtisas hazırlıqlarında yaşıl səriştələr nəzərə alınmalıdır, bu istiqamətdə işləri davam etdirəcəyik


İxtisas hazırlıqlarında "yaşıl" səriştələr nəzərə alınmalıdır və biz bununla bağlı işlərimizi davam etdirəcəyik. Aydınlar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, həm ətraf-mühit təhsili, həm də ətraf-mühitlə bağlı olan ixtisaslar “yaşıl" peşələr məsələsidir:“ "Yaşıl peşə"lər dəyəndə, bəzən sual verirlər ki, təzə ixtisaslar açılacaq? Xeyr. Ətraf-mühit məsələsi mühəndislik turizm, mədən işi, müəllimlik kimi digər ixtisasların içində olmalıdır”. Nazir xatırladıb ki, Azərbaycanın təhsil məzmununda

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək


Biz, həmçinin ixrac bazarlarına diqqət yetiririk və öz tərəfdaşlarımızla birgə çalışırıq ki, digər mühüm enerji təhlükəsizliyi layihələrini həyata keçirək. Aydınlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söyləyib. Bunlardan birinin Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi olduğunu söyləyən dövlət başçısı qeyd edib: “Bunun sayəsində biz yaşıl enerjini Avropaya nəql edəcəyik. Bu kabelin texniki potensialı və yeri gəlmişkən, texniki əsaslandırma işləri bu yaxınlarda bitəcəkdir.

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib


Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar, müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Aydınlar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib. “Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb


Prezident İlham Əliyev COP29-un açılış mərasimində çıxışı zamanı Azərbaycana qarşı ittihamlardan danışıb. Aydınlar.az xəbər verir ki, dövlət başçısı qeyd edib: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası Strateji tərəfdaşlıq haqqında razılaşmaya imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının Prezidenti iki il əvvəl Bakıya gəlib bu sənədi bizimlə imzaladı. Çünki onlara bizim qazımız lazım idi”.

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə verməyə çalışacaq


COP29-un sədri kimi Azərbaycan çalışacaq ki, inkişaf etmiş və inkişaf edən ölkələr arasında razılığın tapılmasına töhfə versin və Qlobal Cənubla Qlobal Şimal arasında əlaqələr qurulsun. Aydınlar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, 120 ölkənin dəstəyi ilə Azərbaycan BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edib.

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirlməsi deməkdir


Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirlməsi deməkdir. Aydınlar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır


Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Aydınlar.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib. Multikulturalizmin dövlət siyasətimiz və həyat tərzimiz olduğunu vurğulayan dövlət başçısı Azərbaycan xalqının etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşadığını qeyd edib.

Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik


Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Aydınlar.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib: “Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam

Nazir: COP29-dan sonra yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı işimiz daha da sürətlənəcək


COP29 kimi böyük, mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir". Aydınlar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir deyib ki, COP29-la bağlı əsas mövzular, gözləntilər xüsusilə ətraf mühit və maliyyələşmə ilə bağlıdır: "COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq. PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərin dayanıqlı

Prezidentin köməkçisi: COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələr qeydiyyatdan keçib


COP29-da 70 mindən çox xarici və ölkədaxili nümayəndələrin qeydiyyatı həyata keçirilib. Aydınlar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, bunların mütləq əksəriyyəti - 60 mini xarici qonaqlardır: “Burada 3000-dən çox xarici media nümayəndələri qeydiyyatdan keçib”.

COP29-un liderlər sammiti başladı-cənab prezident İlham Əliyev çıxış edir


Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir. Aydınlar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir. Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Əsrin Aydınları-müsahibə

“Vətən” layihəsi - Aydın Tağıyev

Yeni nəşrimiz

Canlı Valyuta konvertoru

Xəbər ver




Hava praqnozu

Son xəbərlər


Reklam

Sizin reklam burada ola bilər.

Anmedia.az

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.