Mühacir Azərbaycan şairi Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən İrandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin Ardı
XX əsr Azərbaycan milli rəssamlıq sənətinin görkəmli nümayəndələri sırasında Güllü Mustafayevanın adını xüsusilə qeyd etmək lazımdır. Rəssam əslən Şamaxı şəhərindən olsa da, 1902-ci ildə Şamaxıda baş vermiş zəlzələ səbəbindən ailəsi Türkmənistanın Türkmənabad şəhərinə köçməli olub. Güllü Mustafayeva 29 noyabr 1919-cu il tarixində orada dünyaya göz açıb. 1927-ci ildə Ardı
Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi Ardı
Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb. Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi Ardı
Nəcəfqulu bəy Şeyda (Nəcəfqulu bəy Vəli) 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Məmmədhəsən bəy quberniya idarəsində kiçik məmur işləyib. Nəcəfqulu ibtidai təhsilini Şuşada, molla məktəbində aldıqdan sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gecə kursunda oxuyub. Quberniya idarəsində 25 ilə yaxın tərcüməçi işləyib. Balaxanı kəndində neft Ardı
Azərbaycanın görkəmli elm xadimi Həsən Əliyev 1907-ci il dekabrın 15-də Ermənistanın Sisyan rayonunun Comərdli kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmişdir. H.Əliyev 1944-cü ildə aqrar elmlər üzrə fəlsəfə doktoru, 1965-ci ildə aqrar elmlər üzrə elmlər doktoru elmi Ardı
Şərqin ilk heykəltaraş qadını Zivər xanım Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alıb. Ardı
Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il mart ayının 3-də Bakı şəhərində anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat Ardı
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1913-ci ildə Odessada Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirib. M.Mirqasımov 1927-ci ildə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı tibb elmləri doktoru olub, 1928-ci ildə professor elmi adı təsdiq edilib. M.Mirqasımov 1945-ci il martın 31-də Ardı
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında Böyükağa Mirzəzadənin adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin Ardı
Tamara Gözəlova "O olmasın, bu olsun" filminin heyətindən sağ qalan yeganə aktrisadır. 80 yaşlı aktrisanın filmin çəkilişləri zamanı cəmi 14 yaşı olub. Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ardı
Akademik Əliyev Cəlal Əlirza oğlu 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Ardı
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddi illik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə Ardı
Azərbaycan rəssamı 1892-ci il yanvarın 10-da Naxçıvanda anadan olub Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən məktəbə gedə bilmir və meylini rəssamlığa salır. 1910–1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyur. Rəssam kimi yetişməsində Cəlil Məmmədquluzadənin və “Molla Ardı
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.