Səid Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda - İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan Ardı
Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib. Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində Ardı
Azərbaycanın ilk Xalq artisti, əsasən komik rolların ifaçısı kimi tanınan Hacıağa Abbasov ömrünü teatra bağlayan, səhnə üçün yaşayan sənətkarlardan idi. Bakının Maştağa kəndində müəllim ailəsində anadan olan Hacıağa Abbasov ilk təhsilini kənddəki rus-tatar məktəbində alıb, daha sonra görkəmli ziyalı, maarifçi Həbib bəy Mahmudbəyovun məktəbində oxuyub. Burada o, Ardı
Cahangir Cahangirov 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik Ardı
Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü nüma. Vətənim verdi mənə nanu-nəmək, Vətəni məncə unutmaq nə demək?! Bu məşhur misraların müəllifinin kim olduğunu yəqin ki, çoxlarınız bilirsiniz. “Vətənimdir” adlı bu şeir təxminən yüz il əvvəl Abbas Səhhət tərəfindən yazılıb. Abbas Əliabbas Ardı
XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri də Vidadi Nərimanbəyovdur. Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünya şöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində Ardı
Mirzə Babayevin şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılar hər kəsin qəlbini ovsunlayıb, yaddaşlara əbədi həkk olunub. Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır. Görkəmli Ardı
Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü. 1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra Ardı
XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə 1864-cü il fevral ayının 24-də Salyanda anadan olmuşdur. Atası molla Hüseyn Hüseynzadə Tiflis Müsəlman Məktəbinin müəllimi idi. Kiçik yaşlarında atasını itirən Əli bəy Hüseynzadə ana babası, Qafqaz şeyxülislamı Axund Əhməd Səlyaninin himayəsində böyümüşdür. 1875-1885-ci Ardı
Elmira Şahtaxtinskaya Bakı şəhərində anadan olmuşdur. XX əsrin görkəmli xanım rəssamı həyatı boyunca müxtəlif janrlarda çox sayda rəsm əsəri yaratmışdır. O, orta təhsilini başa vurduqdan sonra təsviri sənət sahəsində biliklərini dərinləşdirmək üçün Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunda təhsil Ardı
Vasif Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini Ardı
Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb. Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi Ardı
Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək Ardı
Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsdulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin Ardı
Ayna Sultanova 1895-ci ildə indiki Şabran rayonunun Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918 Mart soyqırımı zamanı erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Ayna Sultanova və həyat yoldaşı Həmid Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.