Fatma Muxtarova Azərbaycanın ilk peşəkar opera ifaçısıdır.
Fatma Abbas qızı Muxtarova 1893-cü il martın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. Atası Abbas Rzayev o, üç yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub. 1913-cü ildə Fatma Muxtarova ilk dəfə Bakıya gəlib. Bakı ona müstəsna müvəffəqiyyət gətirib və burada ona xüsusi diqqət yetirirlər. İki il Konservatoriya təhsili aldıqdan sonra o Saratovdan Moskvaya yola düşür və burada məşhur musiqiçi Fyodr Şalyapinlə tanış olur.
1914-cü ildə Fatma Muxtarova Aleksandr Malininlə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən bir qızları dünyaya gəlib. Saratov Konservatoriyasını bitirdikdən sonra o, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və s. şəhərlərin opera teatrlarında oxuyub, 1938-1853-cü illərdə AOBT-nın solisti olub.
Daha sonra F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxuyub.
Fatma Muxtarova 1972-ci il oktyabrın 19-da Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.