Yunanıstanın tanınmış jurnalı ermənilərin Qafqaza köçürülməsindən yazıb.
Yunanıstanda fəaliyyət göstərən “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Rəşid Məmmədovun “Karfitsa” jurnalında ermənilərin Qafqaza köçürülmələri ilə bağlı məqaləsi çap olunub.
Aydınlar.az bildirir ki, bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Məqalə ermənilərin heç vaxt Qafqazın əzəli sakinləri olmamaları ilə sonradan müxtəlif mərhələlərlə bu ərazilərə köçürülmələri ilə başlayıb.
Alman kartoqrafı Zebastian Münsterin 1544-1545-ci illərdə çəkdiyi xəritə haqqında məlumat verilib. Xəritədə Qafqaz Albaniyası, Kolxida, İberiya (indiki Gürcüstan) təsvir edilmiş və erməni dövləti Qafqazdan kənarda qeyd edilib.
Məqalədə ayrı-ayrı dövrlərdə olan ermənilər haqqında danışılır. 1918-ci ildə Qafqazda Azərbaycan, Ermənistan, Gürcüstan dövlətləri yaradıldıqda belə, ermənilərin ərazi iddiaları ilə çıxış edərək Zəngəzur və Qarabağda azərbaycanlılara qarşı iğtişaşlar törətmələrindən bəhs olunur.
AXC hökumətinin səyi nəticəsində 1919-cu ilin noyabrın 23-də Tiflisdə Ermənistan ilə müqavilə imzalandı. Bu müqaviləyə görə iğtişaşlar dayandırılmalı, mübahisəli məsələlər dinc yolla həll edilməli idi.
Məqalədə 1988-ci illərdən başlayaraq ermənilərin azərbaycanlılara qarşı hücumları davam etdirərək onlara qarşı etnik təmizləmə siyasəti apardığı, soydaşlarımızı öz torpaqlarından qovub çıxartmaqlarına yer ayrılıb. Həmçinin paralel olaraq onların sovet hakimiyyəti rəhbərliyi qarşısında Dağlıq Qarabağın iqtisadi geriliyi məsələsini ortaya ataraq bu səbəbdən Ermənistana birləşdirilməli olduğunu əsas gətirmələri haqqında məlumat verilib”.