
XX əsrin axırlarında Azərbaycanın öz müstəqilliyini elan etməsi ilə dövlət idarəçiliyində yeni mərhələnin əsası qoyul¬muşdur. 18 oktyabr 1991-ci il Azərbaycanın tarixində xüsusi gün kimi qeyd edilir. Bu tarixdə Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş və müstəqillik günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbilə hakimiyyətə gəlişi Azərbaycan Respublikasının bütün sahələrində dövlət quruculuğu proseslərini başlandı. Bu dövrdə sisyasi sistem formalaşdırıldı, idarəçilik institutları yaradıldı, demokratik idarəçilik rejimi seçildi və bütün bunlar ölkənin yeni Konstitusiyasına əlavə edildi. Bu sistem zaman keçdikcə xalqın milli xüsusiyyətlərini və respublikanın tarixi şəraitinin reallıqlarına uyğun olaraq dəyişdi və inkişaf etdi. Azərbaycan Respublikasının siyasi sisteminin formalaşmasının hüquqi cəhətdən başa çatması çoxpartiyalı sistem əsasında parlamentin yaradılması və yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlıdır. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. 1993-cü ildən başlayaraq Azərbaycanın siyasi sistemində vətəndaşların rolu artdı. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlət idarəçiliyində bir sıra islahatlar həyata keçirildi.
Dövlət orqanlarının elektron xidmətləri
2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Prezidentin fərmanına əsasən, dövlət orqanlarının elektron xidmətləri yaradılmışdır. Açıq hökumətin təşviqinə dair 2012-2015- ci illər üçün Milli Fəaliyyət Planında da şəffaflığın artırılması və açıq hökumətin təşviqi üçün nəzərdə tutulan tədbirlərdən biri məhz elektron xidmətlərin təkmilləşdirilməsi olmuşdur. Mütərəqqi cəhətlərdən birini də idarəetmənin modernizasiyasının onun bütün sahələrinin təkmilləşdirilməsi ilə paralel şəkildə aparılması təşkil edir.
E-hökumət anlayışı, tarixi və inkişaf dövrü
Elektron hökumət və ya qısaca e-Hökumət adlanan konsepsiya, dövlət idarəçiliyində informasiya və kommunikasiya texnologiyalarının, xüsusən də internetin istifadəsi kimi müəyyən edilə bilər. Elektron hökumətin qarşılıqlı fəaliyyət növlərini təxminən üçə bölə bilərik. Dövlət rəhbərliyi ədəbiyyatında tez-tez təkrarlanan bu qruplaşmaya görə, e-hökumətin aşağıdakı qarşılıqlı təsir qrupları mövcuddur:
- Dövlətdən Dövlətə(G2G)
- Dövlətdən vətəndaşa(G2C)
- Dövlətdən özəl sektora(G2B)
-Elektron hökumət konsepsiyasının inzibati ölçüsü, dövlət qurumları və yerli idarələr kimi qurumların, xüsusən də vətəndaşlara, dövlət qurumlarına və özəl sektora təqdim olunan məlumat və xidmətlərdən faydalana biləcək bütün şəxslərə məlumat və xidmət təqdim etməsidir. Elektron hökumət konsepsiyasının siyasi ölçüsü, dövlət tərəfindən bu texnologiyaların dövlət idarəetməsində iştirakı və şəffaflığını eyni zamanda idarəetmənin nəzarətini və hesabatlılığını artırmaq üçün istifadə etməsidir. Son iyirmi ildə [qeyri-müəyyən] dünyada hökumətlər dövlət xidmətlərinin keyfiyyətini artırmaq və maya dəyərini azaltmaq məqsədi ilə İKT-yə investisiya yatırmışlar. 2010-cu ildə Yapılandırılmış İnformasiya Standartlarının İnkişafına Yardım Təşkilatı (OASIS) bir çox hökumətə texnoloji sərmayələri ilə əhəmiyyətli təsirlər göstərmələrini əngəlləyən geniş yayılmış tələlərin müəyyən edildiyi bir hesabat yayımladı. Bununla birlikdə, OASIS də qeyd etdi:
-" Hökümətlər artıq Transformasiya Hökuməti adlanan yeni yanaşmanı mənimsəyir hansı ki, bu yanaşmada dövlətlərin e-hökümət layihələrinin inkişafını əngəlləyən səbəblər üçün tədbirlər planıhazırlanmışdı"
- OASIS bu sahədə lider dövlətlərdən ikisini, İngiltərəni və Avstraliyanı göstərir:
-"Transformasiya Höküməti .... Vətəndaşlara bütün kanallarda, lakin heç bir xərc ödəmədən və hökumətin yenidən qurulması məcburiyyətində qalmadan inteqrasiya olunmuş, hökumət səviyyəsində, vətəndaş mərkəzli bir xidmət təqdim etməyə imkan verən hökumət daxilində yeni" virtual "bir iş sahəsini əhatə edir. Bu yeni yanaşmanın ən yaxşı iki nümunəsi Cənubi Avstraliyanın "Yalnız bir dəfə soruş" portalı və İngiltərə hökumətinin DirectGov portalını göstərmək olar.
Azərbaycan Respublikasında “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir.
- “Elektron Hökumət”in əsas fəaliyyət prinsipləri:
-Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;
- İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;
- İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;
- Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.
Azərbaycan Respublikasında e-hökumət layihələrinin hüquqi əsaslarına;
- Azərbaycan Respublikasının Konstitusiyası
- Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamları
- Azərbaycan Respublikasının Qanunları (Publik Hüquqi Şəxslər haqqında, Publik Hüquqi şəxslər haqqında, Normativ Hüquqi Aktlar haqqında, Dövlət Sirri haqqında, Fərdi Məlumatlar haqqında və.s)
-Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərar və sərəncamları
-Dövlət Agentliyinin normativ hüquqi aktları
Dövlət idarəetməsinin modernizasiyası, şəffaflığın artırılması və idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması yönümündəki mühüm tədbirlərdən biri Prezidentin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmışdır. Agentliyin yaradılması "vətəndaş - dövlət qulluqçusu" münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, eyni xidmətləri bir neçə dövlət orqanı göstərdikdə onlar arasında sağlam rəqabət mühiti yaranır ki, bu da korrupsiyanın, süründürməçiliyin qarşısını almağa və vətəndaş məmnunluğunun təmininə səbəb olur. Bu xüsusiyyətin islahatlar prosesində nəzərə alınması bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən "ASAN xidmət" mərkəzlərinin yaradılması ilə nəticələnmişdir. Eyni xidməti göstərmək imkanının paralel olaraq bir neçə quruma verilməsi vətəndaşa xidmət qurumunu seçmək imkanı yaradır. Məhz bu seçim səmərəlilik göstəricisini müəyyənləşdirir, şəffaflıq, asanlıq, çeviklik və vətəndaş məmnunluğu prinsiplərini önə keçirir, innovativ fəaliyyətin genişlənməsi müasir dövrün əsas çağırışlarından birinə çevrilir. Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sahədə əldə olunan müsbət dəyişikliklər, öz növbəsində, dövlət idarəçiliyi sistemində islahatlar aparılmasını tələb edir. Buna əsasən,2019-cu il Yanvarın 16-da Azərbaycan Prezidentinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən, nazirliyin bir sıra departament, mərkəz və institutları birləşdirildi, bəziləri ləğv edildi.
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST)
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. Fərmana görə, bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir.Vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edirlər . Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”-nin hazırlanması
Azərbaycan Respublikasında milli iqtisadiyyatın inkişafı ilə bağlı hökumət tərəfindən hazırlanan və uğurla həyata keçirilən qanunvericilik aktlarından biri də “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”dir. Haqqında bəhs edilən Yol Xəritəsi Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdir Strateji Yol Xəritəsində Azərbaycan iqtisadiyyatının perspektivləri ilə bağlı dörd əsas strateji məqsəd müəyyən olunmuşdur. Həmin məqsədlərə nail olmaq üçün dörd strateji hədəf müəyyən edilmişdir. Birincisi hədəf fiskal dayanıqlılığın və stabilliyin təmin olunması, ardıcıl olaraq monetar siyasətin tətbiq edilməsidir. İkinci hədəf dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların aparılması və özəlləşdirmənin ardıcıl şəkildə həyata keçirilməsidir. Üçüncü hədəf müasir dövrün ən dəyərli kapitalı mahiyyətini daşıyan insan kapitalın artırılması və hərtərəfli inkişaf etdirilməsidir. Dördüncü hədəf ölkədə biznesin istənilən sferası və sahəsi üçün əlverişli mühit yaratmaq və mövcud biznes şəraitini daha da inkişaf etdirərək təkmilləşdirməkdir.
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası
Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərində dayanıqlı inkişafın əsas prioritetlərindəndir.
Müasir telekommunikasiya, sensor, “Böyükhəcmli məlumatlar” (Big Data) və digər rəqəmsal və süni intellekt texnologiyalarının, həmçinin innovasiya və biliklərin istifadə edilməsi sosial-iqtisadi münasibətləri daha məhsuldar və səmərəli edir, iqtisadiyyatın ümumi dəyər zəncirində yeni gəlir imkanları yaradır. Qeyd edilən texnologiyaların bir-birilə inteqrasiya olunmuş formada istifadəsi ilə rəqəmsal məlumatların formalaşdırılması, yığılması, saxlanılması, işlənilməsi və analitik təhlillər əsasında qərarvermə və idarəetmənin keyfiyyətinin yüksəldilməsi səmərəli, eləcə də keyfiyyətli xidmətlərin göstərilməsi üçün geniş imkanlar açır. Bu imkanlar şəhər və kəndlərdə göstərilən xidmətlərin növbəti inkişaf mərhələsində funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə keçid üçün zəmin yaradır.Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”-nın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır". Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti ölkəmizin inkişafının və tərəqqisinin əsasını təşkil edir.
s.e.f.d., dos. Murtəza Həsənov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
Siyasi İdarəetmə fakültəsinin dekanı
LIVE







AZ
TR
RU
EN











