AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın XV-XVIII əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi dosent Əhməd Quliyevin “Venesiyaya göndərilmiş Səfəvi diplomatik hədiyyələri” (Giving What They Hold Dear”: Safavid Diplomatic Gifts to Venice) adlı məqaləsi nüfuzlu “Brill” nəşriyyatına məxsus “Diplomatica” jurnalında dərc edilib.
Aydınlar.az bildirir ki, məqalədə Səfəvi-Venesiya diplomatik münasibətlərində hədiyyələr mübadiləsinin rolu və əhəmiyyəti, Səfəvi sarayından Venesiyaya göndərilmiş diplomatik hədiyyələr, onların növləri və rəmzi mənaları tədqiq edilir. Məqalə müəllifin Avropa Komissiyasının “Horizon 2020” Mariya Skladovskaya Küri Fərdi Təqaüd Proqramı çərçivəsində Venesiyanın Ka’ Foskari Universitetində 2019-2021-ci illərdə keçirilmiş layihənin nəticələri əsasında yazılıb.
Qeyd edək ki, sözügedən jurnal “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazalara daxildir.