Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, professor Rövşən Xəlilov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynovanın İran və Almaniyadan tanınmış alimlərlə həmmüəllif olduqları “SARS-CoV-2 üçün identifikasiya üsullarının hərtərəfli icmalı” (“A Comprehensive Review of Detection Methods for SARS-CoV-2”) adlı məqalə impakt faktoru 4,152 olan “Microorganisms” jurnalında dərc olunub.
BDU-dan Aydınlar.az-a bildiriblər ki, məqalədə SARS-CoV-2-nin müxtəlif identifikasiya prinsipləri, üstünlükləri və erkən, eyni zamanda, sürətli aşkarlanması üçün potensial üsullar öz əksini tapıb.