Bakı Ali Neft Məktəbinin (BANM) Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri və “Kimya mühəndisliyi” kafedrasının baş müəllimi Sənan Eminovun “Biokütlədən bioyanacaqların alınması” mövzusunda “The Highly Selective and Near-Quantitative Conversion of Glucose to 5-Hydroxymethylfurfural Using Ionic Liquids” adlı məqaləsi ABŞ-ın “PLoS ONE” adlı jurnalında dərc edilib.
Aydınlar.az bildirir ki, bu barədə “ Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, bu, Sənan Eminovun Thomson Reuters jurnalları siyahısına daxil olan elmi nəşrdə çap olunan sayca 3-cü elmi məqaləsidir. İndiyədək onun beynəlxalq konfransların elmi məqalələr toplusunda 6 elmi tezisi də çap olunub.
Qeyd edək ki, “PLoS ONE” jurnalı yüksək impact factor-la (2015-ci ildə jurnalın impact factor-u 3,54 olmuşdur) Thomson Reuters jurnalları siyahısına daxildir və kimya sahəsində dünyanın ən nüfuzlu jurnallarından biridir. Jurnala giriş sərbəstdir (open access), məqalələrini ödənişsiz əldə etmək mümkündür. “PLoS ONE” jurnalı, eyni zamanda dünyanın ən çox məqalə dərc olunan jurnalı olmağı bacarmışdır. Belə ki, jurnalda il ərzində 30 000 məqalə və ya gündə 85 məqalə çap olunur.