Çilinin “Ærea. İspan – Amerika poeziyası” (“Ærea. Revista Hispanoamericana de Poesía”) jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Leyla Əliyevanın ispan dilinə tərcümə olunmuş “Gedim bir az ağlayım”, “Tərk edə bilmərəm heç zaman səni” və “İnanmıram” şeirlərini nəşr edib.
Aydınlar.az Tərcümə Mərkəzinə istinadən bildirir ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan şeirlərin ispan dilinə sətri tərcümə müəllifi – Tutuxanım Yunusova, bədii tərcümə redaktoru – tanınmış argentinalı tərcüməçi Raul Poggi Alexandrodur.
Qeyd edək ki, 2001-ci ildən nəşrə başlamış, Eduardo Espina, Monika Velaskes Qusman, Karlos Aquasako, Leonel Alvarado, Luis Benites, Viktor Koral kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırmaqla İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamış jurnal ABŞ və digər ölkələrin ali təhsil ocaqlarında əlavə dərs vəsaiti kimi tədris proqramlarına da salınır.
Jurnalının baş redaktoru – tanınmış Argentina şairi Daniel Kalabresedir.