Azərbaycan milli musiqi mədəniyyətinin inkişa fında mühüm xidmətləri ilə yadda qalan, Naxçıvan torpağının yetirməsi olan istedadlı sənətkarlardan biri də Həsənağa Qurbanovdur. Bəstəkar, pianoçi, pedaqoq və gözəl insan olan Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.
Uşaq yaşlarında musiqi sənətinə meyl edən, fitri istedadı ilə seçilən Həsənağa 1965-ci ildə Naxçıvan şəhərində yeganə olan uşaq musiqi məktəbində fortepiano sinfinə qəbul olunur. Məsuliyyəti, qabiliyyəti ilə qısa zamanda kollektivin diqqətini cəlb edən yeniyetmə Muxtar Respublikanın mədəni həyatında parlamağa başlayır. Mədəniyyət evində C.Məmmədquluzadə adına Dövlət Musiqili Dram Teatrında, Həmkarlar İttifaqı nəzdində Xalq Çalğı Alətləri Ansamblında pianoçu kimi fəaliyyətə başlayan gənc hələ bu illərdə öz məharəti ilə sənətsevərlərin diqqətini cəlb etdiyi kimi sənətkarlar aarasında da özünə dərin rəğbət hissi formalaşdırır. Bu inam ilə Həsənağa Qurbanov sənədlərin 1972-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə verir, 1972-1976-cı illərdə burada təhsil alan Həsənağa müəllim məktəbdə oxuduğu dövrdə də, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil aldığı 1976-1981-ci illərdə də öz sənət duyumu, qabiliyyəti, davranışları ilə hər iki kollektivdə dərin hörmət qazanır. 1978-ci ildən çalışdığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əmək fəaliyyətini davam etdirir, bir sıra mədəni-kütləvi tədbirlərdə fəal şəkildə iştirakı, musiqi duyumu ilə respublikanın mədəni həyatında fərqlənir. Tanrının verdiyi fitri istedad, musiq duyumu, ifa mədəniyyəti ilə fərqlənən Həsənağa Qubanov qısa zamanda Musiqili Komediya Teatrının baş drijoru olur. Onun ömür və sənət yoluna nəzər saldıqda bir sıra əlamətdar məziyyətlər diqqəti cəlb edir. Belə ki, Həsənağa Qurbanov mahir pianoçu, dirjor, televiziya proqramlarında aparıcı, pedaqoq, təşkilatçı, bəstəkar kimi respublikanın mədəni həyatında tanınan sənətkara daha çox şöhrət gətirən “Təranə” və məhşur sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi “Dan ulduzu” instrumental ansamblında pianoçu kimi çıxışı olmuşdur. Sənət dostlarının yaddaşında onun piano ifaçılığı hələ də şirin xatirələrlə yaşadılmaqdadır.
Həsənağa Qurbanov gözəl pedaqoq və təşkilatçı kimi də doğulduğu Naxçıvan Muxtar Respublikasının mədəni həyatında fərqlənməkdədir. Belə ki, istedadlı dirjor, bəstəkar Həsənağa Qurbanov 1983-1985-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin direktoru kimi muxtar respublikanın musiqi təhsilinin inkişafına öz töhfəsini verdiyi kimi çoxsaylı istedadlı gəncin də sənət yolunun işıqlanmasında müstəsna xidmətlər göstərmişdir. Məhz bu illərdə direktor kimi çalışdığı musiqi məktəbində Həsənağa müəllimi öz yetirmələri, sənət dostları, eləcə də muxtar respublikanın mədəni müəssisələrində çalışan dəyərli sənətkarlar nəcib hislərlə xatırlayır, onun pedaqoji ustalığından, gözəl insani keyfiyyətlərində ağız dolusu söz açırlar. Belə ki, Dəyərli tədqiqatçı Nazim Quliyev Naxçıvan musiqi mədədniyyətinin fəaliyyət yolundan, 1937-ci ildə üzeyir bəyin təşəbbüsü ilə yaradılan ilk uşaq musiqi məktəbinin fəaliyyət yolundan, bu məktəbə rəhbərlik edən dəyərli pedaqoq-təşkilatçılardan bəhs edərkəb Həsənağa Qurbanovun da adını xatırladır və qeyd edir ki, “...Bu sənətkarlar eyni zamanda pedaqoji fəaliyyət göstərək yeni musiqiçilər nəsli yetirmişlər”.
Qaynar, məhsuldar ömür və sənət yolu keçən Həsənağa Qurbanovun ömrünün bundan sonrakı illəri böyük məhəbbətlə bağlandığı “Dan ulduzu” instrumental ansamblı olur. 1991-ci ildə ansamblın bədii rəhbəri və ansamblda pianoçu kimi fəaliyyət göstərən Həsənağa müəllim ansamblın uğurlu fəaliyyətinin qarantı idi desək yanılmarıq. Bəstəkarlıq isə görkəmli sənətkarın bütün fəaliyyəti boyu davam etdirdiyi bir sənət istiqaməti olmuşdur. Onun bəstələdiyi “Ana laylası”, “Körpə səsi” kimi mahnılar respublikanın tanınmış müğənnilərinin ifasında uzun müddət sənətsevərlərə zövq vermişdir. Qeyd edək ki, onun musqili komediya teatrındakı fəaliyyət yolundan, teatr təşkilatçılığında bəhs edən Rəfail Kərimov eyni zamanda onun vokal ifaçılıq sənətinə dərindən bələd olduğunu da vurğulayır: “Uzun illər Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərən gənc bəstəkar truppaya yaxşı bələd olduğundan, aktyorların yaradıcılıq imkanlarını “özlərin dən” daha yaxşı hiss etdiyindən əsərlərində ifa üçün çox yaxşı partiyalar yaradırdı. Vokal ifaçılıq sənətini dərindən bilən sənətkar hər bir ifaçının səs diapozonunu nəzərə alır, onları partiyalarını məharətlə ifa etməyə şərait yaradırdı. Simfonik orkestrə gəldikdə isə deməliyəm ki, musiqiçi tamaşalarında orkestlə vokal səhnələrin vəhdətində yüksək peşəkarlıq göstərmişdir” (5, s. 130). Onu da qeyd edək ki, Həsənağa Qurbanovun vokal ifaçılığa dərindən bələdliyi onun fəaliyyəti ilə yanaşı yaradıcılığında da müşahidə olunmaqla əsərlərinin yüksək sənət məziyyətləri, fərdi cizgilər yaratmışdır.
Həsənağa Qurbanovun dəyərli sənət yoluna sənət dostları, sənətsevərlər olduğu kimi dövlətimiz də yüksək qiymət vermiş, milli mədəniyyətimizin hamisi, ulu öndər Heydər Əliyev sənət adamları ilə görüşlərində Həsənağa Qurbanov yoluna da hörmətlə yanaşmışdır. Görkəmli sənətkarın yaradıcılığı və fəaliyyətinə verilən ən böyük dəyər isə 1998-ci ildə dəyərli sənətkarın Əməkdar incəsənt xadimi adı ilə təltif olunması olmuşdur. Qeyd edək ki, peşəkarlıq, pedaqoji təcrübə, yüksək əzmkarlıq, sənətə dərin məhəbbət hisləri ilə yaşayan Həsənağa Qurbanov 2001-2007-ci illərdə Bakı şəhər Mədəniyyət İdarəsinə rəhbərlik etdiyi dövrlərdə də obyektivliyi ilə tanındığı kimi tələbkarlığı ilə də diqqəti cəlb etmiş, paytaxtın mədəni həyatının tərəqqisi naminə bütün gücü ilə çalışmışdır. Beləcə gərgin sənət mübarizələri, uğurlu karyerası, yüksək istedadı, insani keyfiyyətləri ilə sənətsevərlərin yaddaşında əbədi məskən tutan, Azərbaycan musiqisini, mədəniyyətini nəinki ölkədə hətta ölkə xaricində uğurla təmsil edən görkəmli drijor, bəstəkar, pedaqoq, təşkilatçı, pianoçu Həsənağa Qurbanovun ömür yolu 2007-ci ildə tamamlansa da onun kövrək, həzin xatirəsi daim xalqımızın, sənətsevərlərin yaddaşında yaşa maqdadır.
Qeyd edək ki, Həsənağa Qurbanovun vaxtsız vəfatı ölkə ictimaiyyəti, mədəniyyət xadimləri üçün də gözlənilməz olmuşdur. Dünyasını dəyişməsindən təsirlənilərək yazılan məqalədə qeyd olunur: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir.
Azərbaycan Televiziyasının "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Həsənağa Əli oğlu Qurbanov noyabr ayının 6-da 52 yaşında qəflətən vəfat etmişdir.