Məlum olduğu kimi, 2018-ci ilin əvvəllərindən başlayaraq, bölgələrində hüquqi yardıma ehtiyacı olan atzəminatlı əhalinin bu yardıma çatımlılığını təmin etmək üçün Rəyasət Heyəti tərəfindən mikroavtobus vasitəsilə hər həftə Bakıdakı vəkillərin regionlara səyyar hüquqi yardım səfərləri təşkil edilir.
O cümlədən, Rəyasət Heyəti tərəfindən yaradılmış və 26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi (HYTM) tərəfindən bu işlər mərkəzləşdirilmiş qaydada daha geniş formatda həyata keçirilir.
Ümumilikdə isə, bu aksiyalar çərçivəsində, 25 850-dən çox aztəminatlı şəxslərə ödənişsiz hüquq yardım xidmətləri göstərilmişdir.
Bununla yanaşı, Vəkillər Kollegiyası ilə çoxsaylı dövlət və qeyri-dövlət, o cümlədən beynəlxalq təşkilatlar arasında sözügedən sahədə səmərəli əməkdaşlıq qurulmuş və görülən işlər çərçivəsində BMT İnkişaf Proqramı ilə birlikdə regionlarda həssas qruplar və aztəminatlı vətəndaşlar üçün çoxsaylı layihələr icra edilmişdir.
Regionlarda həyata keçirilən ödənişsiz hüquqi yardım fəaliyyətlərində çalışan şəxslərə kömək etmək üçün metodik vəsaitə olan zərurət nəzərə alınaraq, BMT İnkişaf Proqramının əsas təşəbbüsü ilə “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçisi hazırlanmışdır.
Azərbaycan dilində nəşr olunan bu Bələdçinin 18 avqust 2022-ci il tarixində təqdimatı keçirilmiş və hüquqşünasların istifadəsinə verilmişdir.
Təqdimat mərasimində Bakıda fəaliyyət göstərən Vəkil Bürolarından savayı, Gəncə və Şəki regional Vəkil Büroları, Quba rayon Vəkil Bürosu da daxil olmaqla, müxtəlif regionlardan vəkillər iştirak etmişdir.
Eyni zamanda, tədbirdə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov təqdimatla çıxış edərək, Vəkillər Kollegiyasının yeni Rəyasət Heyəti formalaşandan bu günə qədər Kollegiya tərəfindən həyata keçirilən ödənişsiz hüquqi yardımlar haqqında tədbir iştirakçılarına ümumi məlumat vermişdir.
Mənbə:lawreform.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin