Aliyə Ramazanova Qusar rayonunun Piral kəndində anadan olub. II Dünya Müharibəsi həm atasını, həm də anasını əlindən alıb. Üç-dörd yaşı olanda onu Qusardan Bakıya - 11 saylı uşaq evinə gətiriblər. 16 yaşında səhnəyə gəlib və ömrünü rəqs sənətinə bağlayıb.
1958-1983-cü illərdə rəqqasəlik fəaliyyəti ilə məşğul olan Aliyə Ramazanova Azərbaycan rəqqaslıq sənətinin görkəmli nümayəndələrindən biri hesab olunub. Onun "Uzundərə", "Sarı gəlin" və digər bu kimi rəqs nümunələri rəqqaslıq sənətinin ən uğurlu nümunələrindəndir.
O, səhnə və mədəni fəaliyyətinə görə, 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb.
Aliyə Ramazanova Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.
Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Aliy%C9%99_Ramazanova