Qənirə paşayevanın bacarıqları özünü bədii sahədə də göstərib. Onun çox gözəl şeirləri, məqalələri vardır.
Qısa zaman ərzində bu qədər işlərə imza atan şəxsin saysız-hesabsız mükafatları da vardır, əlbəttə ki. 30 sentyabr 2011-ci ildə İctimai Birliyi “İslahatçı Gənclər” Qənirə Paşayevanı “Xəzər” Milli Mükafatı ilə təltif edib.
2013-cü ildə İctimai Birliyi tərəfindən “İslahatçı Gənclər” Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə Fəxri Diplomla şərəfləndirilib.
Qənirə paşayeva, eyni zamanda, Gürcüstanın fəxri vətəndaşı idi.
Hər zaman xeyirxah işlərlə seçilən Qənirə Paşayeva, 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdir. Bundan əlavə o, tez-tez Türkiyədə və bir çox xarici ölkələrdə təhsil alan gənclərlə, tələbələrlə görüş keçirib, onların problemlərini dinləyib və təhsil yolunda hər zaman onlara dəstək olacağını dilə gətirib, göstərib.
Azərbaycanın hər yerində Qənirə xanım olduqca çox sevilib. Vətəndaş qəbulunda şəxsən özü iştirak edərək vətəndaşların problemlərini dinləyib və lazimi tədbirlərin görülməsi ilə bağlı göstərişlər verib.
Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanmışdır. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri vardır. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak etmişdir.
Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırmışdır. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanmışdır. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr vermişdir.
Qeyd edək ki, Qənirə Paşayeva subay idi və Firuzə adlı mənəvi qızı var.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, 28 Sentyabr 2023-cü il tarixində vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.
Mənbə: https://az.m.wikipedia.org/wiki/Q%C9%99nir%C9%99_Pa%C5%9Fayeva