"Səttarın Azərbaycanı" sənədli filmin təqdimatı keçiriləcək
Aydınlar.az xəbər verir ki, sənədli filmin təqdimatı 15 dekabr, saat 19:00-da keçmiş Şəhriyar adına Mədəniyyət Mərkəzində keçiriləcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Made in Baku Production-nın birgə əməkdaşlığı nəticəsində ərsəyə gələn bu sənədli film görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunub. Filmin ssenari müəllifləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, aparıcı, ssenarist, rejissor Rafiq Həşimov və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğludur.