Bakı Dövlət Universiteti və Türkiyə Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfrans keçirilib.
Aydınlar.az xəbər verir ki, konfransa Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, BDU və Üsküdar Universitetinin professor, müəllim heyəti və tələbələr qatılıblar.
Konfransı giriş sözü ilə açan BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzayev bu gün BDU-nun bir çox xarici universitetlərlə əməkdaşlığına diqqət çəkib.
BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və Üsküdar Universitetinin İletişim fakültesinin dekanı Süleyman İrvan çıxışlarında ikili diplomla bağlı son danışıqların aparıldığını bildiriblər.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid isə Azərbaycan və Türkiyə arasında media sahəsindəki əməkdaşlığın elmi konfrans səviyyəsində davam etdirilməsinin vacibliyini vurğulayıb.