Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur.
Aydinlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə birlikdə mətbuata bəyanatında bildirib.
Dövlət başçısı vurğulayıb: “Biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin