Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Azərbaycan Milli Silahlı Qüvvələrinin yarandığı artıq 100 ildən çox biz zamanı əhatə edir .
Yarandığı gündən bu günəmüzə qədər Azərbaycan ordusunun inkişafı daima idarə heyətinin ən qabaqcıl vəzifələrindən biri kimi həyata keçirilməkdədir. Artıq Azərbaycan Silahlı Qüvvələri Dünya ölkələri sırasında mühüm yerlərdə görünməkdə, Qafqazda isə ən müasir ordu hesab olunmaqdadır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Ordu quruculuğu sahəsində görülən işlər Azərbaycan ordusunu bu səviyyəyə yüksəltmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilən zaman, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki: “Azərbaycanın güclü ordusu var. Gündən-günə Azərbaycan Ordusunun potensialı möhkəmlənir və güclənir. Bugün fəxrlə qeyd edə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir sırada dayanır və ona hər hansı bir məsələnin öhdəsindən gələcəyinə inanan xalqından dəstək alaraq, möhkəmlənməsinə davam edir”.
Buna sübut olaraq göstərilə bilər ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi gücü darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.
44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazanılan qələbə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu Qələbə Ali Baş Komandanın əzmi və iradəsi, xalqla dövlətin sarsılmaz birliyi hesabına əldə edildi.
Əziz dostlar, Sizi Azərbaycan xalql üçün əziz bir gün olan Silahlı qüvvələr günü münasibətilə təbrik edirəm.
Vətənimizin sərhədlərini və təhlükəsizliyini qoruyan bütün hərbi qulluqçularımızı bu şanlı bayram münasibəti ilə təbrik edirəm və qürur hissi ilə qeyd edirəm ki, yaxın günlərdə məndə Azərbaycan ordusunun sıralarında öz xidmət borcumu yerinə yetirməyə başlayacam .
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Yaşasın Azərbaycan ordusu!
BDU-nun 4-cü kurs tələbəsi Abdullayev Toğrul