Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında milli-mənəvi dəyərlərin tərənnümü vacib amildir.
Sosial şəbəkə "qəhramanlarının" zamanə qəhrəmanlarına çevrildiyi bir vaxtda,biz gənclərə alternativ,cəlbedici,fərqli nə verə bilirik?!Bu gün məktəbi şagirdlər üçün daha yaradıcı,inkişafetdirici mühitə çevirmək önəmlidir.Bu işdə müəllimlərin üzərinə böyük öhdəliklər düşür.Gələcəyin dinamik,fərqli,istedadlı insanlarının şəxsiyyət kimi yetişməsinin təməli məhz məktəbdə atılır.Milli-mənəvi dəyərlərin təbliği dövlətçilik,azərbaycançılıq konsepsiyasını daha da möhkəmləndirməli, dövlətinə,xalqına sadiq milyonlarla insanın formalaşmasına xidmət etməlidir.
Biz öz dünənimizin bu günü,gənclərimiz isə bugünümüzün gələcəyi olacaq.Bugünü mükəmməl inşa etməli ki,sabahlardan şikayətlənməyək.
"Müstəqilliyin bərpası gününə" həsr olunmuş tədbirimizdə müstəqilliyin qazanılmasında və qorunmasında vətənpərvərlik hissinin əhəmiyyəti,onun gənclər arasında təbliği mövzusunda müzakirə təşkil olundu.
Qonağımız araşdırmaçi jurnalist, publisist Aydın Tağıyev vətənpərvərlik hissini qüvvətləndirən əsərlərin,musiqilərin,şerlərin əhəmiyyətindən danışdı.Vətənpərvərliyin təbliğinə xidmət edən əsərlərdə məzmun və ideya necə olmalıdır, müstəqilliyin xalqların taleyindəki rolundan danışdıq.Bəstəkar,prodüser, "Jamal Media" nın rəhbəri Camal Qurbanov dövrümüzün bəlasına çevrilən bayağı,zövqü korlayan mahnıların insan şüuruna və Azərbaycan musiqi mədəniyyətinə verdiyi zərərlərdən danışdı,milli musiqilərimizin,milli ritmlərimizin təbliğ olunmalı olduğunu bildirdi.
Müstəqilliyin yaşadılmasında milli nəğmələrimizin önəmindən bəhs olundu.Müzakirə formasında təşkil olunan tədbir şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacağına inam yaradır.