6 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Zəfər Günü unudulmayan tarix, gənc nəslin qürur yeri” mövzusunda tədbir keçirilib.
Aydınlar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA), DİA Tələbə Gənclər Təşkilatı və DİA TGT “Müasir İdarəçilər”kulubunun təşkilatçılığı ilə baş tutub. Tədbirin əsas məqsədi Zəfər Günü ərəfəsində yazıçı, publisist Aydın Tağıyevlə akademiyanın tələbə-müəllim heyətinin görüşünün təşkili olub.
Tədbiri giriş nitqi ilə İnzibati idarəetmə fakültəsinin dekanı S.e.f.d.,dos Əliyev Elnur açaraq iştirakçıları salamlayıb. Qarşıdan gələn Zəfər Günü münasibətilə hər kəsi təbrik edib və qələbə tarixinə qısa nəzər salıb.
Daha sonra söz yazıçı, publisist Aydın Tağıyevə verilib. Yazıçı çıxışına Akademiyanın (DİA) rəhbərliyi, professor və müəllim heyətini salamlayıb, dərin təşəkkürünü bildirərək başlayıb. Yazıçı qarşıdan gələn Zəfər Gününün şanlı tarixindən söz açıb və müharibə dövründə həyata keçirdikləri layihələrdən söz açıb:
“Biz müharibə dövründə iki ayrı layihə həyata keçirirdik. Bunlar “Qarabağ həqiqətləri 1992-2020” və “Vətən” layihələridir. “Vətən” layihəsi çərçivəsində Aprel döyüşləri, İkinci Qarabağ və Antiterror əməliyyatı şəhidlərimizdən bəhs edən bir kitab artıq çap edilərək oxuculara çatdırılıb. Növbəti altı kitab isə yazılmaqdadır. Qeyd edim ki, yekunda kitablar ensiklopediya halında birləşdiriləcək”.
Eyni zamanda yazıçı Ulu Öndər Heydər Əliyevin Gənclər siyasətindən söz açıb: “Bu gün Ulu Öndərin gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və 44 günlük müharibə zamanı bu siyasət özünü xalq, ordu, gənclər birliyində göstərdi”.
Yazıçı həmçinin iştirakçılara müəllifi olduğu “İlk Zəfər Marşı”ndan, onun yazılması və ifasından söz açıb. Sonda Gənclərə xitab edən publisist onlara uğur arzu edib: “Əziz tələbələr, hər birinizə tutduğunuz yolda uğurlar arzu edirəm. Hər birimiz çalışıb azərbaycanlı adına layiq vətəbdaş olaq. Nə xoş mənə ki, qalib ordunun qələbə qalasının bir daşıda mən oldum! Zəfərimiz mübarək!”

Daha sonra tədbirdə Azərbaycan Respublikasının Milli Məclisin lll çağırış deputatı, professor, tarix elmləri doktoru Havva Məmmədova, Tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova çıxış ediblər. Hər iki iştirakçı çıxışı zamanı şanlı zəfərimizdən, hərb tariximizdən, ölkəmizun keçmişi və bu günündən danışıblar. Eyni zamanda, aparılan gənclər siyasətinin uğurlu nəticələrindən, Cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarci siyasətindən, 44 günlük müharibənin şəhidləri, qaziləri və bütün qalib Azərbaycandan söz açdılar.