Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Könüllülük Vətəndən Başlayır” adlı təlim keçirilib.
Aydinlar.az xəbər verir, tədbir UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “UNEC Tarix Klubu və İqtisadçı Vətənpərvərlər Təşkilatı”nın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri UNEC-in THİK Tarix Klubunun direktoru Ziyad Ağayev giriş nitqi ilə açıb. O iştirakçıları salamlayıb və tədbirin qonağı yazıçı, publisist Aydın Tağıyevi tələbələrə təqdim edib.
Daha sonra yazıçı, publisist Aydın Tağıyev gəncləri salamlayıb və Vətən, könüllülüklə bağlı düşncələri, eləcə də təcrübəsini gənclərlə paylaşıb. Eyni zamanda, o, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti, bu kursun uğurlu davamçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından söz açıb. A.Tağıyev həyata keçirilən gənclər siyasətinin nəzərəçarpan müsbət nəticələri, gənclərin könüllülük proqramlarında topladıqları təcrübədən, eləcə də könüllülük həftəsi nəzdində keçirilən təlimlərin əsas məqsədinin gənc nəsildə vətənpərvərliyin düzgün aşılanmasının vacibliyindən danışıb. Təlim tələbələrlə sual-cavab, müzakirə əsnasında davam edib. Daha sonra müəllifi A.Tağıyevə məxsus “İlk Zəfər Marşı” səslənib.
Tədbirin yekununda xatirə şəkli çəkilib. Daha sonra qonaqlar Unversitetin tarix muzeyni və şəhidlər memorialını ziyarət ediblər.