Hubble Kosmik Teleskopundan (solda) və JWUT-dan (sağda) şəkillərin birləşmiş görüntüsü. Sağdakı ağ buludların yanında mavi auroraları görmək olar.
Günəş sistemindəki planetlərdə müşahidə olunan auroralar, Günəşdən gələn yüklü və enerjili zərrəciklərin planetlərin atmosferindəki qazlarla toqquşması nəticəsində yaranır. Elektrik yüklü zərrəciklər, planetin maqnit sahəsinin yönləndirməsi ilə, adətən qütblərə yaxın və ya yüksək enliklərdəki atmosferlə qarşılıqlı təsirə girərək qazların işıq yaymasına səbəb olur.
İndiyədək aparılan araşdırmalarla Neptunda auroraların mövcudluğuna dair bəzi sübutlar əldə edilsə də, avuroraları birbaşa müşahidə etmək mümkün olmamışdı. JWUT-un infraqırmızı işığa həssas kameraları sayəsində daha əvvəl Yerdə və bir neçə planetdə müşahidə olunan auroralar Neptunda ilk dəfə görüntüləndi. JWUT-un əldə etdiyi görüntüdə auroralar şüşə yaşılı rəngində görünür.
Neptunda müşahidə olunan auro Yer, Yupiter və Saturn-da öyrəşdiyimizdən aydın şəkildə fərqlənir. Neptunun auroraları yalnızca planetin şimal və cənub qütblərində deyil, ekvator ətrafında da müşahidə olunur. Bu hal Neptunun maqnit oxunun öz fırlanma oxuna nisbətən 47 dərəcə maili olması ilə əlaqədardır. Günəşdən gələn yüklü zərrəciklərin mühüm hissəsi maqnit qütblərindən daxil olmağa çalışaraq atmosferlə qarşılıqlı təsirə girdiyindən, avroralar Neptunun ekvatoru ətrafında (coğrafi qütblərdən uzaqda) müşahidə edilmişdir.
Yazar: Prof. Dr. Faruk Soyduqan Çanaqqala Onsəkkiz Mart Universiteti Fən Fakültəsi Fizika Bölümü & Ulupınar Rəsədxanası Xəbər Müəllifi: Vasif Şükür