NASA, Hubble Kosmik Teleskopunun Yer ətrafında dövr etməsinin 35-ci ildönümünü qeyd etmək məqsədilə, teleskopun son zamanlarda çəkdiyi və Marsdan uzaq qalaktikalara qədər uzanan dörd möhtəşəm görüntünü ictimaiyyətlə bölüşüb.
Aydınlar.az xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın əfsanəvi kosmik teleskopu Hubble, 35 yaşını qeyd edir və bu münasibətlə bizə yeni möhtəşəm kosmik mənzərələr təqdim edir.
1990-cı ilin 24 aprelində Discovery kosmik gəmisi vasitəsilə orbitə buraxılan Hubble, bu əlamətdar ildönümündə Marsdan başlayaraq uzaq qalaktikalara qədər uzanan təsirli görüntülərlə, 30 ildən artıq davam edən fəaliyyəti ərzində hələ də heyranlıq doğurur.
35 illik kosmik səyahət
NASA-nın Astrofizika Bölməsinin müvəqqəti direktoru Shawn Domagal-Goldman rəsmi açıqlamada qeyd edib: “Hubble 35 il əvvəl buraxıldıqda, kainata yeni bir pəncərə açdı” — bu sözlərlə teleskopun kosmik tədqiqatlardakı əvəzolunmaz roluna diqqət çəkilib.
Teleskopun bu qədər uzun müddət fəaliyyətini davam etdirməsi isə xüsusi nailiyyət hesab olunur. NASA, 2040-cı illərin əvvəllərində robotik xidmət dəstəyi ilə fəaliyyət göstərəcək Yaşana Bilən Dünyalar Rəsədxanasını (Habitable Worlds Observatory) işə salmağı planlaşdırır.
İndiyədək təxminən 1.7 milyon müşahidə aparan Hubble, təxminən 55.000 göy cisminə fokuslanmış və 22.000-dən çox elmi nəşrə mənbəlik etmişdir. Kainatın sürətlənən genişlənməsi, qaranlıq enerji, qara dəliklər və ekzoplanetlərlə bağlı inqilabi kəşflərdə Hubble mühüm rol oynamışdır.
Fəaliyyətinə başlamasına özəl olaraq yeni möhtəşəm fotolar
Hubble-ın 35 illiyinə həsr olunan yeni görüntülər, onun hələ də necə yüksək keyfiyyətli və təsirli görüntülər təqdim edə bildiyini nümayiş etdirir.
1. Mars2024-cü ilin 28–30 dekabr tarixlərində, Mars Yerə ən yaxın mövqeyinə yaxınlaşdığı zaman çəkilən görüntülərdə Qırmızı Planetin səthi detallı şəkildə əks olunub. Görüntülərdə Tharsis yaylası, sönmüş vulkanlar, şimal qütb buzlaqları və su buxarı buludları aydın görünür.
2. Rozet Dumanlığı (Rozet Bulutsusu)Hubble, eyni zamanda, keçən ilin dekabr ayında 5.200 işıq ili uzaqlıqdakı nəhəng ulduz doğum bölgəsi olan Rozet Dumanlığının (nebula) kiçik bir hissəsini incələmişdir. Tozla örtülmüş qaranlıq qaz buludlarının siluetləri, ulduz yaranmasının dramatik səhnələrini təqdim edir. Teleskop bu dumanlığın daha geniş miqyaslı görüntüsünü də yayımlamışdır.
3. NGC 2899
2025-ci ilin yanvar ayında, Hubble, Yerdən 4.500 işıq ili uzaqlıqda yerləşən və kozmik güvəyə bənzəyən planetvari dumanlıq NGC 2899-un görüntüsünü əldə etmişdir. Rəngarəng toz və qaz buludları, görüntünün mərkəzindəki ulduzdan yayılan radiasiya və ulduz küləkləri ilə formalaşmışdır.
4. NGC 5335
Mart ayında əldə olunan NGC 5335 spiral qalaktikası isə olduqca diqqətçəkicidir. Görüntü qalaktikanı başdan-başa kəsən, qazı mərkəzə doğru yönləndirərək yeni ulduzların yaranmasına şərait yaradan çubuqvari strukturu göstərir. Qalaktikanın kənarlarında da ulduz yaranması aktiv şəkildə müşahidə olunur.
Gələcəyə baxış
Hubble hərçənd ki, hələ də fəaliyyətini davam etdirir, lakin zaman-zaman texniki nasazlıqlar yaşanır. Buna görə də NASA diqqətini 2021-ci ildə buraxılmış James Webb Kosmik Teleskopuna (JWST) yönəltmişdir. JWST, Hubble-dan yeddi dəfə artıq işıq toplaya bilir və əsasən infraqırmızı dalğa uzunluğunda müşahidələr aparır. Lakin Hubble-ın geniş spektrda müşahidə imkanları hələ də unikal olaraq qalır.
Gələcəkdə buraxılması planlaşdırılan Habitable Worlds Observatory, görünən və ultrabənövşəyi işıqda fəaliyyət göstərərək Hubble-dan daha dəqiq görüntülər təqdim edə biləcək. Bu teleskopun əsas hədəflərindən biri, uzaq ulduzların ətrafında dövr edən yaşana biləcək planetləri aşkar etmək olacaq.
JWST hər nə qədər bacarıqlı olsa da, planetlərdə həyatın olub-olmadığını müəyyənləşdirmək üçün ideal vasitə hesab olunmur.
Hubble-ın elmi nailiyyətləri
35 yaşına çatmasına baxmayaraq, Hubble Kosmik Teleskopunun elmi məhsuldarlığı azalmayıb. Avropadan daxil olan güclü tədqiqat təklifləri nəticəsində teleskopun müşahidə vaxtının 15%-dən çoxu ESA tərəfdaşlı proqramlara ayrılıb. Bu əməkdaşlıq nəticəsində aşağıdakı nailiyyətlər əldə olunmuşdur:
- Omega Centauridə orta kütləli qara dəliyin izləri aşkar edilib.
- Öz qalaktikasından uzaqda yerləşən, olduqca parlaq bir partlayış qeydə alınıb.
- Ağ cırtdan ulduzlarda hidrogen yanması müşahidə olunub.
- Kainatın ilkin dövrlərində Populyasiya III ulduzlarının mövcud olmadığı sübut edilib.
- 2022-ci ildə kəşf edilən Earendel, indiyə qədər müşahidə olunmuş ən uzaq tək ulduz kimi qeydə alınıb — 12.9 milyard il geriyə baxılaraq müşahidə edilmişdir.
Hubble-ın Günəş Sisteminə yönəlmiş OPAL proqramı isə artıq 10 ili geridə qoyub. Bu proqram çərçivəsində:
- Yupiterin peyklərində su buxarının izləri,
- Saturnun halqalarında maraqlı strukturlar,
- Yupiterin Böyük Qırmızı Ləkəsinin ölçüsü,
- Uran və Neptunun rəng dəyişiklikləri müşahidə edilib.
- Bundan əlavə, Hubble, DART missiyasının hədəfi olan Dimorphos asteroidinin toqquşmadan əvvəl və sonra görüntülərini əldə etmiş, fırlanan daşları müşahidə etmiş və hətta toqquşma nəticəsində yaranan dağıntının hərəkətini əks etdirən video da hazırlamışdır.