Dövlət İmtahan Mərkəzi (DİM) inzibati vəzifələrin B növünə aid BB altqrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.
Aydınlar.az Report-a istinadən xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bu imtahanda iştirak etmək üçün 1141 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00 və 16:00 olmaqla, iki növbədə təşkil edilir.
İmtahan kompüterlər vasitəsilə elektron formada keçirilir. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin