2025-ci il iyulun 23-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Aydınlar.az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
İmtahanda 13 nəfər iştirak edib.
Növbəti TOEFL iBT imtahanının 20 avqust 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: //dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin