Bakıda qız məktəbinin yaradılmasının təşəbbüsçüsü, görkəmli pedaqoq Rəhilə Hacıbababəyovaya 1882-ci ilin avqustunda Tiflisdə anadan olub. Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlayıb.1914-cü ildə valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım məqsədilə Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti yaradılıb. Cəmiyyətin təsisçisi fəal maarifçi Rəhilə Hacıbababəyova idi. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti qızların oxuması, təhsil alması istiqamətində fəaliyyətə başlayıb. Cəmiyyətin maarifçilik sahəsində ən mühüm xidmətlərindən biri Bakıda yoxsul qızlar üçün peşə məktəbi açması olub. 1917-ci ilin oktyabrından fəaliyyət göstərən məktəbdə 4 ümum təhsil sinif və 6 peşə bölməsi yaradılıb. Burada türkdili, hesab, əlişi, biçmə və tikiş üzrə dərslər keçirilib.
1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açılıb. 1914-cü ildə ibtidai məktəbə çevrilib. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olub. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçilib. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat edib.
Mənbə: https://portal.azertag.az/az