Məmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il mart ayının 3-də Bakı şəhərində anadan olub. 1902-ci ildə Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat Ardı
Mirqasımov Mirəsədulla Mirələsgər oğlu 1883-cü il noyabrın 17-də Bakıda anadan olub. 1913-ci ildə Odessada Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirib. M.Mirqasımov 1927-ci ildə doktorluq dissertasiyası müdafiə edən ilk azərbaycanlı tibb elmləri doktoru olub, 1928-ci ildə professor elmi adı təsdiq edilib. M.Mirqasımov 1945-ci il martın 31-də Ardı
Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında Böyükağa Mirzəzadənin adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin Ardı
Tamara Gözəlova "O olmasın, bu olsun" filminin heyətindən sağ qalan yeganə aktrisadır. 80 yaşlı aktrisanın filmin çəkilişləri zamanı cəmi 14 yaşı olub. Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ardı
Akademik Əliyev Cəlal Əlirza oğlu 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun Təbiətşünaslıq-coğrafiya fakültəsini, 1951-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1955-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Ardı
Azərbaycan Dövlət Musiqili Teatrında ciddi yumorun sənət keşikçilərindən olan, həm yumorlu, həm satirik elementli personajların məharətli ifaçısı, xarakterik satira obrazlarına psixologizm aşılamaqda səriştəli hesab edilən Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. Yeddi illik təhsilini Bakıda aldıqdan sonra ailə vəziyyətinin ağırlığı ilə Ardı
Azərbaycan rəssamı 1892-ci il yanvarın 10-da Naxçıvanda anadan olub Uşaq ikən ciddi xəstəlik keçirən Kəngərli ağır eşitdiyindən məktəbə gedə bilmir və meylini rəssamlığa salır. 1910–1915-ci illərdə Tiflisdə Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki boyakarlıq və heykəltəraşlıq məktəbində oxuyur. Rəssam kimi yetişməsində Cəlil Məmmədquluzadənin və “Molla Ardı
Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb. 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, Ardı
Fatma Muxtarova Azərbaycanın ilk peşəkar opera ifaçısıdır. Fatma Abbas qızı Muxtarova 1893-cü il martın 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya köçüb. Atası Abbas Rzayev o, üç yaşında olarkən vəfat etdiyindən anası Sara xanım ikinci dəfə Səttar Muxtarov adlı bir nəfərlə ailə həyatı qurub. 1913-cü ildə Fatma Ardı
Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır. 1957-ci ildən Azərbaycan Dövlət Rus Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.