Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların Ardı
Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məktəbini bitirmiş, 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. “Azərbaycanfilm" kinostudiyasında kinorejissor, Ardı
Azərbaycan xalqının milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti, “İstiqlal” ordenli Əminə Dilbazi 1919-cu ildə aşıq musiqisinin, saz havalarının vətəni, şeir-sənət ocağı olan Qazax mahalında dünyaya göz açıb. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq dahi Üzeyir Hacıbəylinin bəstələdiyi “Kolxoz çölləri” mahnısını ifa edib. O, Ardı
Şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Ardı
Şair, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vəkilov) XX əsrin böyük söz ustadlarındandır. O,1939-cu il iyun ayının 5-də Bakıda doğulub. Vaqif Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun ailəsində doğulan üçüncü övlad olub. Anası Xavər xanım musiqi təhsili görmüş (piano üzrə), sonradan Bakı universitetinin filoloqiya fakültəsini bitirmişdi. Ardı
Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. Ardı
Əliağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk Ardı
Şəmsi Bədəlbəyli 1911-ci il fevralın 23-də Azərbaycanın dilbər guşəsi Şuşada anadan olub. Orta məktəbi bitirdikdən sonra atası kimi müəllim olmaq istəyi onu Bakı Pedaqoji Texnikumuna gətirir. Hələ yeniyetmə çağlarından musiqiyə həvəs göstərən Şəmsi qardaşı Əfrasiyabın məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəylinin sinfində təhsil alıb. Ardı
Seyfəddin Dağlı 1921-ci il avqustun 27-də də Azərbaycana Cəfər Cabbarlı, Mikayıl Muşfiq, Cabir Novruz, Zeynəb Xanlarova, Şəfiqə Eyvazova kimi söz və sənət ustalarını bəxş etmiş Xızıda anadan olub. Seyfəddin Abbasov yaradıcılığa məktəbdə oxuyarkən şeir və satirik hekayələrlə başlayıb. Sənaye texnikumunda oxuyanda "Kommunist" qəzeti ilə əməkdaşlıq edib, bu Ardı
Azərbaycan xalqı bir çox dövlətlərin musiqi mədəniyyətinin inkişafında xidmətləri olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələrindən biri, respublikamızın Əməkdar artisti, adı İngiltərənin “Qrova”, Hollandiyanın “Avropa musiqisinin 400 illiyi” ensiklopediyalarına daxil olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng Ardı
Tanınmış İsveç uşaq yazıçısı Elza Beskov (qızlıq soyadı-Maartman) – eyni zamanda uşaq kitablarının (özünün və digər müəlliflərinin), jurnalların, uşaq şeirləri və mahnıları kolleksiyalarının illüstratoru kimi də tanınır. Onun əsərləri uzun müddətdir ki, İsveçin Mədəni İrsinin ayrılmaz bir hissəsidir. Elza Beskov 11 fevral 1874-cü ildə Stokholmda, böyük bir ailədə Ardı
Tamara Kryukovanın əsərləri ən kiçik oxucular üçün nəzərdə tutulub. Bu istedadlı yazıçı onları həyəcan verici macəralar və gülməli personajlarla dolu bir dünyaya aparır. Əbəs yerə Tamara Kryukova "Rus ədəbiyyatının Astrid Lindqren"i adlandırılmamışdır. Kryukovanın populyarlaşmasına əsərlərinin ekranlaşmadı da kömək etmişdir. Kryukova layiq görüldüyü saysız Ardı
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1882-ci ildə Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı Ardı
Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, Ardı
Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda , Nalçikdə anadan olmuşdur. O, Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci Ardı
© 2020 Bütün müəllif hüquqları qorunur. Aydinlar.az
Materiallardan istifadə edərkən aydinlar.az saytına mütləq istinad olunmalıdır.